
Youtube-da müxtəlif dillərdə səsləndirməyə sahib videoların sayı daha çox olacaq (VİDEO)
Sosial Media
24.02.2023
Emil
Youtube öz video materiallarına müxtəlif dillərdə səsləndirmə əlavə etmək imkanına sahib kontent yaradıcılarının əhatəsini genişləndirir. Belə ki, videoservis videolara müxtəlif dildə səsləndirmənin əlavə edilməsi özəlliyini məhdud sayda müəllif arasında test etməyə başlayıb. Bununla belə sözügedən funksiyanı əldə edən müəlliflərin də sayı artıb. Funksiyanı yoxlamaq istəyən istifadəçilər MrBeast adlı Youtube kanalına daxil olub “I Survived 50 Hours in Antarctica” videosunu izləyə bilərlər.
Videoların keyfiyyətlərini seçmə və digər özəlliklərinin ayarlanması imkanını verən düyməyə klikləyəndən sonra səsləndirmə bəndini görmək olar. Həmin səsləndirmə bəndində video üçün 12 dildə səsləndirmə təqdim edilib. Müxtəlif dillərdə səsləndirmə özəlliyinə sahib videolara daxil olan zaman istifadəçi Youtube-u ən çox hansı dildə istifadə edirsə videonun özü də həmin dildə səsləndirmə ilə təqdim edilir. Lakin bununla yanaşı istifadəçi öz istəyinə uyğun olaraq digər dillərdə olan səsləndirməni də seçə bilər. Bu funksiyanın ilkin test mərhələsinin statistikasına əsasən videoservisə artıq müxtəlif dildə səsləndirməyə sahib 3500-dən çox video yüklənib və onlar ümumilikdə 40 dildən çox səsləndirməyə sahibdirlər.
Paylaş
Bənzər xəbərlər