main-post-cover

    Youtube-da olacaq yeni funksiya uzun videoların izlənməsini daha da asanlaşdıracaq

    Sosial Media
    15.04.2020
    Farid Pardashunas
        Məlumata əsasən Youtube tərtibatçıları videoservisə yeni funksiyanın inteqrasiyası üzərində işlərə start veriblər. Videoservisə inteqrasiya olunacaq qovluqlar sistemi ilk növbədə uzun xronometraja sahib videoların izlənməsi prosesini asanlaşdıracaq. Belə ki, istifadəçi videonu daimi şəkildə irəli çevirmək əvəzinə qovluqlar sistemi sayəsində videonun lazımi hissəsinə keçid edə biləcək. Bu barədə Androidcommunity.com saytı xəbər verib. Məlumata əsasən Youtube servisi uzun xronometraja sahib videoların hissələrə ayrılması funksiyasına sahib interfeysi artıq test edir.
        Həmin lazımi fraqmentlər videonun zaman xəttinin üzərində mətn formatında ortaya çıxacaqlar. Başqa sözlə desək, istifadəçi mətn şəklində ortaya çıxacaq başlığa əsasən ona lazım olan fraqmenti tapacaq və izləməyə davam edəcək. İlkin mərhələdə videokontentləri hazırlayan müəlliflər özləri öz videolarında lazımi başlıqları təyin etməli olacaqlar. Bunun üçün onlar videonun zaman xəttində bu və ya digər vacib video fraqmentinin olduğunu qeyd etməlidirlər.
        İnsayderlər qeyd ediblər ki, gələcəkdə bu texnologiya avtomatik olaraq çalışacaq. Lakin sözügedən texnologiya barəsində heç bir məlumat verilməyib. Güman olunur ki, gələcəkdə lazımi video fraqmentlərini məhz süni zəka texnologiyası təyin edəcək. Qeyd etmək lazımdır ki, bu yeni funksiya mobil Youtube tətbiqinin 15.14.33 versiyasında aşkar edilib. Lakin yeni funksiya yalnız bəzi istifadəçilər üçün aktivdir. Google şirkəti Youtube-de qovluqlar sistemi funksiyasının bütün istifadəçilərə nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər