Logo
    main-post-cover

    Youtube-da pulsuz olan özəllik yaxın zamanda pul qarşılığında təqdim edilə bilər

    Sosial Media
    23.02.2023
    Emil
        Youtube istifadəçiləri videoservisin interfeysində qeyri-adi yeniliyə fikir veriblər. Görünür, Google şirkəti videoservisin daha aqressiv monetizasiyasını planlaşdırır. Belə ki, şirkət yaxın zamanda videoservisin istifadəçilərinə daha əvvəllər pulsuz olmuş özəlliyi ödəniş müqabilində təklif edə bilər. Təqdim edilmiş fotoda bu və ya digər videonun keyfiyyətinin təyin edilməsi menyusu əks olunub. Görmək olar ki, menyuda 1080p premium enhanced bitrate adlı yeni bənd ortaya çıxıb. Nəzərə alsaq ki, videoların baxışı zamanı onların bitrate-lərini seçmək mümkün deyil, çox güman ki, söhbət, kadr tezliyindən gedir. Bəndin adının enhanced bitrate olması isə çox güman ki, onun səhvən əlavə edilməsi ilə bağlıdır.
        Ola bilər ki, yaxın zamanda videoları yüksək tezlikli kadrlara sahib Full HD keyfiyyətdə izləmək imkanı yalnız Youtube Premium istifadəçiləri üçün aktiv olacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət budan öncə eyni hal videoların 4K keyfiyyətində izlənməsi üçün də yaşanmışdı. Belə ki, videoservisdə videoların 4K keyfiyyətində izlənməsi imkanı yalnız Youtube Premium istifadəçiləri üçün aktiv olması planlaşdırılırdı. Lakin daha sonra Youtube bu ideyadan imtina etdi. Qeyd etmək lazımdır ki, videoların keyfiyyətlərinin təyin edilməsi üzrə yeni menyu məhdud sayda istifadəçi tərəfindən görülür. Çox güman ki, bu özəllik hal hazırda test mərhələsindədir.
    Paylaş
    Bənzər xəbərlər