Logo
    main-post-cover

    YouTube-da təsadüfi videoların izlənməsi düyməsi test edilir

    Sosial Media
    27.12.2024
         Google şirkəti YouTube tətbiqinin Android üçün nəzərdə tutulmuş yeni versiyasını test etməyə başlayıb. Test versiyada maraqlı bir funksiya istifadəyə verilib. Söhbət, YouTube-da təsadüfi videoları sərgiləyən düymədən gedir. Sözügedən düymə “Play something” adlanır. Bu funksiya nə izləmək istədiyinə qərar verə bilməyən, lakin bununla belə mütləq şəkildə nəsə izləmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Düyməyə klikləyən zaman təsadüfi Shorts və ya adi video işə düşür. Çox güman ki, təsadüfi videolar YouTube alqoritmi tərəfindən istifadəçinin maraqlarına uyğun olaraq təyin edilir. 

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    YouTube-da təsadüfi videoların izlənməsi düyməsi test edilir | Technote