Logo
    main-post-cover

    YouTube-da videoların süni zəka vasitəsilə dublyajı funksiyası istifadəyə verilib

    Sosial Media
    11.12.2024
    Emil
         YouTube tərtibatçıları videoservisə çoxdan gözlənilən süni zəka funksiyasını əlavə ediblər. Söhbət, videoların avtomatik dublyaj edilməsi funksiyasından gedir. Bu funksiyanın videoservisə inteqrasiyasında Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyasının mütəxəssisləri də iştirak ediblər. Bu funksiya ingilis dilində səsləndirməyə sahib olan videoları digər dillərə dublyaj edə bilir. Dəstəklənən dillər arasında fransız, alman, hind, indoneziya, italyan, yapon, portuqal və ispan dilləri var.
         Eynilə bu dillərdə səsləndirməyə sahib videoları ingilis dilinə dublyaj etmək mümkündür. Məlumatda qeyd edilib ki, funksiyanın dəstəklədiyi dillərin sayı tədricən artmaqda davam edəcək. Bu və ya digər videonu servisə yükləməmişdən öncə istifadəçi YouTube Studio-da videodakı digər dilə edilmiş dublyajı qiymətləndirə bilər. Videonun videoservisdə paylaşıldığından sonra da istifadəçi avtomatik edilmiş dublyajı videodan silə biləcək. Məlumatda qeyd edilib ki, süni zəka vasitəsilə avtomatik dublyaj funksiyası videoservisin yüz mindən çox kanalı üçün istifadəyə verilib.
    Paylaş