Logo
    main-post-cover

    YouTube-dakı picture-in-picture funksiyası hamı üçün pulsuz istifadəyə verilə bilər

    Sosial Media
    28.02.2024
    Emil
         YouTube Premium abunəliyindən istifadə etməyən avropalı istifadəçilər sözügedən videoservisdə picture-in-picture funksiyasının mövcudluğunu aşkar ediblər. Bəzi istifadəçilər məşhur Reddit platformasında məlumat veriblər ki, onlar YouTube Premium abunəliyindən istifadə etmədikləri halda hesablarında picture-in-picture funksiyası ortaya çıxıb. Qeyd etmək lazımdır ki, bu funksiya sayəsində istifadəçi YouTube videosunu kiçik pəncərədə izləməyə davam edərək smartfondakı digər əməliyyatlarını yerinə yetirə bilər.
         Daha əvvəllər bu funksiya hamı üçün pulsuz şəkildə təqdim edilirdi. Lakin daha sonra picture-in-picture funksiyası aylıq ödənişli YouTube Premium abunəliyinə əlavə olundu. 2022-ci ildə YouTube-un ABŞ-dakı istifadəçiləri üçün vəziyyət dəyişdi. Belə ki, onlar yenidən sözügedən funksiyadan pulsuz şəkildə istifadə etməyə başladılar. Lakin digər ölkələrdəki YouTube istifadəçiləri üçün picture-in-picture funksiyası YouTube Premium daxilində olaraq qaldı.
    Paylaş