Youtube-dakı videokontent yaradıcılarına kömək üçün Google şirkəti yeni süni zəka alqoritmini işə salıb

Youtube-dakı videokontent yaradıcılarına kömək üçün Google şirkəti yeni süni zəka alqoritmini işə salıb

Sosial Media
25.11.2020 PAYLAŞIM

    Bir neçə ay bundan öncə Google şirkəti Youtube videoservisinə çox faydalı bir funksiya əlavə etmişdi. Söhbət, videoların bir neçə hissələrə ayrılaraq istifadəçinin müəyyən hissəyə sürətli keçidinə imkan verən funksiyadan gedir. Lakin videoları hissələrə ayırmaq müəlliflərə həvalə olunurdu. Buna görə də bu funksiya heç də bütün videolarda istifadə olunmur. Youtube-dan istifadə rahatlığını yüksəltmək üçün Google şirkəti videoservisdə süni zəka əsaslı yeni aləti istifadəyə verib. Bundan sonra videoların hissələrə ayrılması bu funksiya sayəsində avtomatik reallaşdırılacaq. Bu barədə Androidpolice saytı xəbər verib.


    Youtube-un yeni alqoritmi təkcə təsviri deyil həmçinin kadrdakı mətni də analiz edərək videoda baş verənləri anlamaq üçün machine learning sistemindən istifadə edir. Əldə olunmuş məlumatlar əsasında sistem videoları lazımi hissələrə ayıraraq hər bir fraqmentə uyğun olan adı təyin edir. Bütün bu proses zamanı videonun müəllifinin iştirakı lazım gəlmir. Bununla belə istifadəçi süni zəkanın bu işini düzgün hesab etmədiyi halda ondan imtina edə bilər. Məlumata əsasən hal hazırda yeni alqoritmin effektivliyi 70% təşkil edir. Lakin süni zəkanın daimi təlimatlandırılması nəticəsində videoların kontekstlərinin düzgün təyin olunması səviyyəsi əldə olunacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp yeni konfidensiallıq qaydalarının istifadəyə verilməsini təxirə salıb..

Dünyanın ən məşhur messenceri olan Whatsapp-ın tərtibatçıları bir neçə müddət bundan öncə rəsmi açıq..


Whatsapp yeni konfidensiallıq qaydaları səbəbilə mesajların oxunması ehtimalını ..

Konfidensiallıq siyasətində olmuş dəyişiklikləri qəbul edəndən sonra nə Whatsapp nə də Facebook mess..


Pavel Durov Telegram haqqında olan 3 mifi təkzib edib və Facebook-a çox sadə məs..

Telegram-ın yaradıcısı Pavel Durov bildirib ki, sosial şəbəkələrdə messencer barəsində dəqiq olmayan..


Whatsapp öz istifadəçilərini fərdi məlumatları Facebook ilə bölüşməyə məcbur edi..

Facebook 2014-cü ildə Whatsapp-ı almışdı. Keçən ilin yay fəslində isə messencer istifadəçilərə öz mə..


Telegram-ın yeni versiyasına səsli çatlar əlavə edilib: Bu çatlar nədir və necə ..

Telegram tərtibatçıları messencerin yeni verisyasını təqdim ediblər. Yeni versiyada ayrıca səsli çat..

×