Youtube-dakı videokontent yaradıcılarına kömək üçün Google şirkəti yeni süni zəka alqoritmini işə salıb
Sosial Media
25.11.2020
Farid Pardashunas
Bir neçə ay bundan öncə Google şirkəti Youtube videoservisinə çox faydalı bir funksiya əlavə etmişdi. Söhbət, videoların bir neçə hissələrə ayrılaraq istifadəçinin müəyyən hissəyə sürətli keçidinə imkan verən funksiyadan gedir. Lakin videoları hissələrə ayırmaq müəlliflərə həvalə olunurdu. Buna görə də bu funksiya heç də bütün videolarda istifadə olunmur. Youtube-dan istifadə rahatlığını yüksəltmək üçün Google şirkəti videoservisdə süni zəka əsaslı yeni aləti istifadəyə verib. Bundan sonra videoların hissələrə ayrılması bu funksiya sayəsində avtomatik reallaşdırılacaq. Bu barədə Androidpolice saytı xəbər verib.
Youtube-un yeni alqoritmi təkcə təsviri deyil həmçinin kadrdakı mətni də analiz edərək videoda baş verənləri anlamaq üçün machine learning sistemindən istifadə edir. Əldə olunmuş məlumatlar əsasında sistem videoları lazımi hissələrə ayıraraq hər bir fraqmentə uyğun olan adı təyin edir. Bütün bu proses zamanı videonun müəllifinin iştirakı lazım gəlmir. Bununla belə istifadəçi süni zəkanın bu işini düzgün hesab etmədiyi halda ondan imtina edə bilər. Məlumata əsasən hal hazırda yeni alqoritmin effektivliyi 70% təşkil edir. Lakin süni zəkanın daimi təlimatlandırılması nəticəsində videoların kontekstlərinin düzgün təyin olunması səviyyəsi əldə olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)