Logo
    main-post-cover

    Youtube-dakı videoların səslərini yeni düymə ilə stabilləşdirmək mümkün olacaq

    Sosial Media
    17.07.2023
        İstifadəçilərin sosial şəbəkələrdə verdikləri məlumata əsasən Youtube-da videoların ayarları bölməsinə yeni bənd əlavə edilib. Əlavə edilmiş bənd barəsində məlumat hələ çox azdır. Youtube isə onu rəsmi şəkildə anons etməyib. Bununla belə yeni funksiya artıq bir çox istifadəçidə aktivləşdirilib. Söhbət, Stable volume adlı funksiyadan gedir. Bu funksiyanın nə işə yaradığı ilə bağlı konkret bir məlumat yoxdur. Bəzi məlumatlara əsasən sözügedən funksiya videolarda səsin stabilləşməsini təmin etmək üçün nəzərdə tutulub. Çox güman ki, Stable volume bəndinin aktivləşdirilməsi nəticəsində bu və ya digər videodakı yüksək səs anları bir qədər aşağı salınacaq, aşağı səs anları isə əksinə yüksələcək. Bu funksiya çərçivəsində süni zəka alqoritmlərinin istifadə edilib-edilməyəcəkləri məlum deyil.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Youtube-dakı videoların səslərini yeni düymə ilə stabilləşdirmək mümkün olacaq | Technote