Logo
    main-post-cover

    Youtube daxilində online oyunlar üçün Playables adlı platforma test edilir

    Sosial Media
    24.06.2023
    Emil
        Verilmiş məlumata əsasən Youtube daxilində online oyunlar üçün nəzərdə tutulmuş Playables adlı platformanın testi aparılır. Məlumatda qeyd edilib ki, sözügedən platforma Youtube-un həm mobil həm də desktop versiyasında aktiv olacaq. Aparılan test çərçivəsində platformada Stack Bounce kimi oyunlar işə salınır. İstifadəçilər bu cür oyunları veb brauzer vasitəsilə birbaşa Youtube-un özündə və onun mobil Android iOS üçün nəzərdə tutulmuş mobil tətbiqində oynaya biləcəklər. Özünün aylıq 1 milyard aktiv istifadəçi kütləsi hesabına Youtube oyunları sevən istifadəçilər arasında məşhurluq qazanmış videoservisə çevrilib.
        Youtube hətta oyunlar mövzusunda olan canlı yayımlar məsələsində Twitch ilə rəqabət də aparır. Youtube daxilində online oyunlar platforması öz növbəsində videoservisin bu sektorda mövqelərini genişləndirəcək. Hal hazırda Youtube daxilindəki Playables platforması videoservis əməkdaşları tərəfindən test olunur və daha sonra hamı üçün istifadəyə veriləcək. Sadə online oyunlar artıq uzun müddətdir ki, WeChat Facebook kimi platformalarda məşhurdurlar. Bu səbəbdən də heç təəccüblü deyil ki, Youtube da bu sahədə şansını sınamaq istəyib.
    Paylaş
    Bənzər xəbərlər