
Youtube daxilində Playables platformasının istifadəçilər arasında testinə start verilib
Sosial Media
07.09.2023
Emil
İyun ayının sonunda Youtube daxilində Playables adlı platformanın şirkət daxili testinə start verilmişdi. Qeyd etmək lazımdır ki, bu platforma Youtube daxilində sadə oyunların oynanılması üçün nəzərdə tutulub. İndi isə məlum olub ki, məşhur videoservis Playables platformasının test edilməsini adi istifadəçilər üçün də aktivləşdirib. Bu barədə məlumat 5 sentyabr tarixində Google saytının dəstək bölməsində ortaya çıxıb.
Playables platforması Youtube-un həm desktop versiyasında həm də Android ilə iOS üçün nəzərdə tutulmuş tətbiqində aktivdir. Yeni platformanın testində iştirak etmək üçün müvafiq dəvəti əldə etmiş istifadəçilər Youtube daxilində Playables adlı yeni bölməni görəcəklər. Hal hazırda Youtube sözügedən platformanın testini məhdud sayda istifadəçi arasında keçirir. Onun bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi barəsində bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
