Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Sosial Media
31.03.2021 PAYLAŞIM

    Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən bu yenilik yaxın həftələrdə bəzi istifadəçilər üçün aktivləşdiriləcək. Bununla belə şirkət bildirib ki, istifadəçilər əvvəlki kimi videolara dislike qoya biləcəklər. Sadəcə olaraq onlar videonun ümumi dislike sayını görməyəcəklər. Videoların yaradıcıları isə Youtube Studio bölməsində adi like-lar ilə dislike-ların saylarını görə biləcəklər. Youtube bildirib ki, o bu funksiyanı videoların yaradıcılarının xahişi əsasında test edir. Belə ki, istifadəçilər bəzən bilərəkdən videolara dislike qoya bilərlər.


    Sözügedən test kiçik istifadəçi kütləsi arasında aparılacaq. Testin hansı ölkələrdə keçiriləcəyi barəsində məlumat verilməyib. Əgər hansısa təsadüfi istifadəçi Youtube-da yeni interfeysi görsə o öz istəyinə uyğun olaraq həmin interfeysdən imtina edə bilməyəcək. Onlar sadəcə olaraq bu barədə ola biləcək fikirlərini Youtube ilə bölüşə bilərlər. Bununla belə Youtube hələ ki, dislike sayının əks olunmaması özəlliyini bütün istifadəçilər üçün təqdim etməyi planlaşdırmır. Təcrübənin rəylərinin analiz edilməsi öz növbəsində gələcəkdə bu imkanın yaradılıb-yaradılmamasının vacibliyini təyin etməyə yardımçı olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası istifadəyə veriləcək..

İnsayderlər məlumat veriblər ki, yaxın zamanda Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası ..


Instagram istifadəçilərin real şəxslər olduqlarını yoxlamaq üçün onlardan video ..

Instagram bəzi istifadəçilərdən video selfie tələb etməyə başlayıb.


Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

Youtube rəsmi şəkildə elan edib ki, bundan sonra videolardakı dislike sayı adi istifadəçilər üçün gö..


Instagram-da ödənişli abunəlik istifadəyə veriləcək

Yaxın zamanda Instagram istifadəçiləri əlavə gəlir mənbəyinə sahib olacaqlar.


Telegram-da ödənişli abunəlik sistemi istifadəyə veriləcək

Telegram-ın yaradıcısı Pavel Durov öz bloqunda messencer ilə bağlı olacaq dəyişikliklər barəsində mə..


Whatsapp tərtibatçıları messencer üçün Communities adlı yeni funksiya üzərində ç..

Oktyabr ayında XDA-Developers saytının iştirakçıları bildirmişdilər ki, Whatsapp tərtibatçıları mess..

×