main-post-cover

    Youtube ilə daha sərt rəqabət?: TikTok 10 dəqiqəlik videoları dəstəkləməyə başlayıb

    Sosial Media
    01.03.2022
    Farid Pardashunas
        TikTok yenidən Youtube kimi böyük platformaların istifadəçi kütləsini özünə çəkmək məqsədini önünə qoyub. Belə ki, sözügedən məşhur sosial şəbəkə 10 dəqiqəlik videoların yüklənməsi imkanını tədricən istifadəyə verməyə başlayır. Sosial media üzrə britaniyalı mütəxəssis Matt Navarra bildirib ki, o, TikTok yenilənməsi barəsində mesajı əldə edib. Əldə edilmiş mesajda TikTok-un yeni versiyasının smartfonlar və kompüterlər üçün qlobal miqyasda istifadəyə verilməsi barəsində məlumat əks olunub. Həmçinin əldə edilmiş mesajda qeyd edilib ki, TikTok yüklənən videoların xronometrajlarını 10 dəqiqəyə yüksəldir. Qeyd etmək lazımdır ki, bu, TikTok-un bu məsələ ilə bağlı ilk addımı deyil.
        Keçən ilin iyul ayında sosial şəbəkə yüklənən videoların xronometrajlarını 3 dəqiqəyə yüksəltmişdi. TikTok-un ilk vaxtlarında isə platformaya yalnız 1 dəqiqəlik videolar yükləmək mümkün idi. Digər tərəfdən bu yeni qərar heç də təəccüblü olmadı. Belə ki, sosial şəbəkə 3 dəqiqəlik vdeoların yüklənməsi imkanını təqdim edəndən sonra məhdud sayda istifadəçi arasında 10 dəqiqəlik videoların yüklənməsini test etməyə başlamışdı. Bundan sonra istifadəçilər uzun videoları ayrı-ayrı hissələrə bölmək əvəzinə onları bir dəfəlik platformaya yükləyə biləcəklər. Başqa sözlə desək, TikTok həqiqətən də tədricən Youtube analoquna çevrilməyə başlayır. Youtube isə son vaxtlar əksinə qısa videolar sahəsinə öz diqqətini ayırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər