main-post-cover

    Youtube interfeysində bəzi dəyişikliklər olacaq

    Sosial Media
    19.09.2022
    Emil Nəcəfov
        Youtube öz yenilənmiş interfeysini tədricən istifadəyə verməyə başlayb. Məşhur videoservisin interfeysinin Android iOS-də eyniləşdirilməsi ilə yanaşı Youtube-un bütün versiyalarına Ambient Mode rejimi əlavə ediləcək. Sözügedən rejim video izləmə prosesinə daha dərindən daxil olmaq imkanını verəcək. Beləliklə Youtube-un yenilənmiş veb versiyasında kanalın adı videonun düz alt hissəsində yerləşəcək. Bu halda like, dislike, share və s. düymələr kanalın adının aşağı hissəsində yerləşəcəklər və oval formalı sahə ilə əhatə olunacaqlar.
        Bununla yanaşı videonun təsviri bir qədər işıqlı fon ilə əhatə olunacaq, rəylər menyusu isə player pəncərəsinə yaxın yerləşəcək. Bu dəyişikliklər Youtube-un Android və iOS versiyalarında da reallaşdırılacaq. Ən əsas yenilik isə videoplatformada Ambient Mode rejiminin istifadəyə verilməsi olacaq. Bu rejim çərçivəsində interfeys elementləri və player pəncərəsinin ətraf hissəsi bu və ya digər videoda mövcud əsas rəng çalarında olacaq. Hal hazırda Youtube-un yeni interfeysi regionlar üzrə tədricən istifadəyə verilir. Bu yeniliklərin, videoservisin Android və iOS versiyalarında nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala