Youtube istifadəçiləri birgə canlı yayımlar keçirdə biləcəklər

Youtube istifadəçiləri birgə canlı yayımlar keçirdə biləcəklər

Sosial Media
07.11.2022 PAYLAŞIM

    Google şirkəti elan edib ki, yaxın zamanda Youtube daxilində istifadəçilər birgə canlı yayımlar keçirdə biləcəklər. İlkin mərhələdə birgə canlı yayımlar məhdud sayda istifadəçi arasında reallaşdırılacaq və istifadəçilər Youtube-un yalnız mobil versiyası vasitəsilə birgə canlı yayımlar keçirdə biləcəklər. Gələcəkdə isə bu funksiyanın istifadə imkanları daha da genişləndiriləcək. Birgə canlı yayım zamanı istifadəçilərdən biri aparıcı, digərləri isə qonaq qismində çıxış edəcəklər. Canlı yayımın işə salınması üsulunda heç bir dəyişiklik olmayacaq.

    Canlı yayımı tez bir zamanda işə salmaq və ya daha öncədən planlaşdırmaq olar. Birgə canlı yayımlar “Go Live Together” düyməsi vasitəsilə işə salınacaq. Sözügedən düymə yaxın zamanda Youtube-un mobil versiyasına əlavə ediləcək. Canlı yayımdan öncə istifadəçi adi ayarlamaları reallaşdıracaq. Söhbət, canlı yayım videosunun adından, təsvirindən, monetizasiyasının aktivləşdirilməsindən və s. ayarlardan gedir. Aparıcı canlı yayımda bir neçə qonağı qeyd edə bilər. Lakin kadrda aparıcıdan əlavə yalnız bir şəxs görünə bilər.


    Birgə canlı yayım zamanı ekran iki hissəyə bölünəcək. Yuxarı hissədə aparıcı, aşağı hissədə isə qonaq əks olunacaq. Canlı yayıma dəvəti təsdiq etmiş qonaq gözləmə rejimində qalacaq və hazır olduğu zaman aparıcı tərəfindən canlı yayıma daxil ediləcək. Məlumatda qeyd edilib ki, Youtube-dakı birgə canlı yayımlarda reklam elanları yerləşdirilə bilər. Lakin reklam elanlarından əldə olunan gəlir yalnız aparıcının payına düşəcək. Bununla yanaşı canlı yayım yalnız aparıcının kanalında əks olunacaq. Heç istisna deyil ki, gələcəkdə canlı yayımlar həmçinin qonaqların da kanallarında əks olunsun.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter Blue yenidən təxirə salınıb: Səbəb Apple ilə bağlıdır

Aylıq ödənişli Twitter Blue abunəliyi hələ də istifadəyə verilməyib və onun istifadəyə verilməsi növ..


Whatsapp-ın planşetlər üçün nəzərdə tutulmuş beta versiyası istifadəyə verilib..

Whatsapp tərtibatçıları mütəmadi şəkildə messencerə yeni funksiyalar əlavə edirlər.


Telegram unikal virtual mobil nömrələr satacaq

1 ay bundan öncə Telegram kriptovalyuta qarşılığında istifadəçi hesabları üçün nəzərdə tutulmuş ləqə..


Elon Musk: '2024-cü ilə kimi Twitter-in aylıq istifadəçi kütləsi 1 milyard insan..

Bir neçə müddət bundan öncə Twitter-in yeni sahibi olmuş Elon Musk-ın proqnozlarına əsasən sosial şə..


Twitter-in App Store və Google Play-dən silinməsi halında Elon Musk alternativ s..

Twitter-in yeni sahibi olan Elon Musk növbəti maraqlı bəyanatı ilə diqqətləri öz üzərinə çəkib...

×