Logo
    main-post-cover

    YouTube istifadəçiləri tarixçəni açmağa məcbur edir

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, YouTube platforması son günlərdə bəzi istifadəçiləri “watch history” funksiyasını aktiv etməyə təşviq edən yeni dəyişikliklə gündəmə gəlib. Belə ki, tarixçəni deaktiv edən istifadəçilər artıq əsas səhifədə video tövsiyələri görə bilmirlər.
        Əvvəllər YouTube-un tövsiyə alqoritmi istifadəçinin baxış tarixçəsi aktiv olmasa belə, abunə olduğu kanallar, bəyənilən videolar və saxlanılan məzmun əsasında işləyirdi. Bu isə istifadəçilərə daha “təmiz” və nəzarət olunan kontent lentinə sahib olmağa imkan verirdi. Xüsusilə alqoritmin təsadüfi kliklərə görə istifadəçini arzuolunmaz məzmunlara yönləndirməsindən qaçmaq üçün bir çox insan baxış tarixçəsini deaktiv edirdi.
    Screenshot of a blank youtube homepage
        Lakin son dəyişikliklə vəziyyət fərqlənib. Bir çox istifadəçi bildirir ki, tarixçə deaktiv olduqda YouTube artıq heç bir tövsiyə göstərmir və əsas səhifədə yalnız “watch history-ni aktiv edin” tipli xəbərdarlıq çıxır. Bu isə platformanın istifadəçi məlumatlarını toplamaq istəyini daha açıq şəkildə ortaya qoyduğu kimi qiymətləndirilir.
        Maraqlıdır ki, problem bütün istifadəçilərə təsir etmir. Tarixçəni yeni deaktiv edənlər hələ də tövsiyələr görürlər. Ancaq uzun müddətdir bu funksiyanı söndürmüş istifadəçilər üçün tövsiyələr tamamilə yoxa çıxıb. Bu da göstərir ki, YouTube əvvəlki məlumat bazası kifayət etmədikdə istifadəçini tarixçəni aktiv etməyə məcbur edir.
        Sosial platformalarda, xüsusilə Reddit-də istifadəçilər bu dəyişiklikdən narazılıqlarını açıq şəkildə ifadə edirlər. Onların fikrincə, YouTube-un bu addımı reklam hədəflənməsi üçün daha çox məlumat toplamaq məqsədi daşıyır. Bunun fonunda istifadəçilər üçün alternativ yol kimi tarixçəni aktiv etmədən yalnız abunə olunan kanallar və “Subscriptions” bölməsi üzərindən kontent izləmək tövsiyə olunur.
     
    Paylaş