YouTube mobil tətbiqində yeni paylaşım funksiyasını istifadəyə verdi
Sosial Media
17.04.2026
Sevinj
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, YouTube mobil tətbiqində istifadəçilər üçün yeni bir funksiya təqdim edib. Artıq videoları paylaşarkən istədiyiniz dəqiqədən (timestamp) başlamaq imkanı var. Bu yenilik sayəsində istifadəçilər videonun yalnız müəyyən hissəsini daha rahat şəkildə başqalarına göstərə biləcəklər.
Lakin bu dəyişiklik bəzi funksiyaların ləğvi ilə müşayiət olunur. Belə ki, YouTube-un 2021-ci ildə istifadəyə verdiyi “Clips” funksiyası artıq ləğv edilir. Bu funksiya istifadəçilərə videolardan qısa hissələr kəsərək paylaşmağa imkan verirdi.
Şirkətin açıqlamasına görə, istifadəçilər əvvəl yaratdıqları “Clips” videolarını izləməyə davam edə biləcəklər. Amma bundan sonra yeni kliplər yaratmaq mümkün olmayacaq. Eyni zamanda, paylaşım zamanı videoya son vaxt (end time) təyin etmək və ya xüsusi təsvir əlavə etmək kimi imkanlar da aradan qaldırılır.
YouTube bildirir ki, “Clips” funksiyası yaradıcılar üçün yeni auditoriyaya çatmaq baxımından önəmli idi. Buna baxmayaraq, artıq müxtəlif platformalarda bu funksiyanı daha inkişaf etmiş şəkildə təqdim edən üçüncü tərəf alətlər və proqramlar mövcuddur.
Paylaş