
YouTube onlayn kazino reklamları ilə mübarizəyə başlayır
Sosial Media
06.03.2025
Emil
Google YouTube-da onlayn kazinolar və digər rəqəmsal qumar oyunları ilə bağlı məzmun siyasətini sərtləşdirdiyini elan edib. 2025-ci il martın 19-dan etibarən YouTube kontent yaradıcılarına Google tərəfindən sertifikatlaşdırılmamış qumar saytlarına keçid etməyə çağırış etməyi qadağan edəcək. Bu məhdudiyyət aşağıdakı hallara şamil ediləcək:
- Onlayn kazino və qumar saytlarının şifahi şəkildə qeyd olunması,
- Bu platformalara birbaşa keçidlərin paylaşılması,
- Kazinoların loqotipləri və reklam materiallarının göstərilməsi,
- Qumar oyunlarını nümayiş etdirən videoların yayımlanması.

Bu qayda YouTube-da qumarla bağlı məzmunun daha ciddi nəzarət altına alınmasına yönəlib. Bundan əlavə, bəzi videolara yaş məhdudiyyəti tətbiq ediləcək. Hətta "YouTube İcma Qaydalarını" birbaşa pozmayan, lakin onlayn kazinoların reklamını özlərində birləşdirən videolar da yaş məhdudiyyətinə məruz qalacaq. 18 yaşdan aşağı izləyicilər üçün növbəti məzmunlar əlçatan olmayacaq. Rəqəmsal qumar oyunları və onlayn kazino reklamları. İstisnalar yalnız aşağıdakılara şamil ediləcək:
- İdman mərcləri
- Ənənəvi kazinolara dair məzmunlar (məsələn, turistik və ya tarixi baxımdan təqdim edilən materiallar)
YouTube avtomatik olaraq istifadəçiləri onlayn kazinolara yönləndirən və “zəmanətli qazanc” vəd edən videoları siləcək - bu qayda Google-un sertifikatını almış saytları da əhatə edir.
Mənbə: Google
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Google Search-də süni zəka axtarış rejiminin testinə start verilib
Google AI Overviews (süni zəka icmalları) funksiyasının genişləndirildiyini elan edib. Bu funksiya artıq dünyanın bütün istifadəçiləri üçün əlçatan olacaq, hətta sistemə daxil olmayanlar üçün belə.

Proqram Təminatı
Android 16-nın nə zaman istifadəyə veriləcəyi açıqlanıb
Bu barədə MWC 2025 sərgisində Google-un Android ekosistemi bölməsinin prezidenti Sameer Samat məlumat verib.

Proqram Təminatı
Google Gemini üçün yeni video imkanlar anons edilib (VIDEO)
Google MWC 2025 sərgisində Project Astra funksiyalar duetini təqdim edib. Mart ayından etibarən Gemini süni zəka köməkçisinin istifadəçiləri smartfon ekranlarını ona göstərə və ya kamera vasitəsilə video yayımlaya biləcəklər.

Elm & Texnologiya
Google internetin işıq şüaları ilə hava üzərindən ötürülməsi texnologiyasını yaradıb
Alphabet holdinqinin (Google-un ana şirkəti) X bölməsi hava vasitəsilə naqilsiz internet yaymaq üçün inqilabi foton çipi üzərində işlədiyini açıqlayıb. İşıq körpülər (light bridges) bir-birindən 1 km məsafədə qurulur və 10 Gbit/s sürətində internet bağlantısı təmin edir.

Proqram Təminatı
Google axtarış sistemindən özəl məlumatların silinməsi prosesi sadələşdirilib
Google axtarış sistemində bir sıra dəyişikliklər etdiyini elan edib. İndi istifadəçilər istəmədikləri şəxsi məlumatları axtarış nəticələrindən daha asanlıqla silə biləcəklər.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
