Logo
    main-post-cover

    Youtube özünü məşhur şəxslər və ulduzlar kimi qələmə verən kanalları siləcək

        Youtube videoservisi kanallarla çalışma siyasətini sərtləşdirib. Belə ki, bundan sonra özlərini məşhur kontent yaradıcıları və ya məşhur ulduzlar qismində qələmə verəcək istifadəçiləri sərt sanksiyalar gözləyəcək. Videoservis bu və ya digər şəxsə həsr edilmiş pərəstiş məqsədli kanallardan kanal barəsindəki təsvirlərdə kanalın pərəstiş olunan şəxsə məxsus olmadığının qeyd edilməsini tələb edir. “Əgər siz pərəstiş məqsədli kanalı idarə edirsinizsə, deməli kanalın adında və ya onun barəsində olan məlumatlar hissəsində kanalın pərəstiş olunan şəxsə və ya qrupa məxsus olmadığını aydın şəkildə qeyd etməlisiniz” - deyə Youtube qeyd edib.
        Videoservisin 21 avqust tarixində qüvvəyə minəcək yeni siyasətinə əsasən hər hansısa istifadəçinin özünü digər şəxs kimi qələmə verməsi və ya digər şəxsin adından kanalın idarə edilməsi halında Youtube müəyyən tədbirlər görəcək. Belə ki, videoservis digər şəxslərə məxsus olan məlumatları imitasiya etməyə çalışan kanallar ilə istifadəçi hesablarını siləcək. Bu yeni qaydalar həmçinin kanal barəsində məlumatlarda kanalın pərəstiş məqsədli olduğunun qeyd edilməsinə baxmayaraq öz adında bunu əks etdirməyən kanalları da əhatə edəcək.
    Paylaş
    Bənzər xəbərlər