
YouTube platformasının 20 yaşı tamam olub
Sosial Media
14.02.2025
Emil
14 fevral 2005-ci ildə internet sonsuzadək dəyişdi. Məhz bu tarixdə Google videohostinq platforması YouTube-u istifadəyə verdi. Şirkətin haqlı olaraq qeyd etdiyi kimi, YouTube “mədəniyyətin episentri”nə çevrildi. YouTube həqiqətən də insan həyatını dəyişdi. İstənilən mövzuda sonsuz maraqlı kontent təqdim edərək televiziya və qəzetlərin populyarlığını azaltdı və rəqəmsal dövrdə informasiya istehlakını tamamilə yeni bir mərhələyə çıxardı.
20 il ərzində YouTube, mədəniyyəti videolar vasitəsilə dəyişdirdi və inkişaf edən bir yaradıcı iqtisadiyyat formalaşdırdı. Bu gün kontent yaradıcıları özləri haqqında keyfiyyətsiz, pikselli videolar çəkməkdən studiyalar qurmağa, məşhur tok-şoular və tammetrajlı filmlər istehsal etməyə qədər böyük bir təkamül keçiblər. YouTube qiymətli bir informasiya mənbəyidir - burada xəbərlər, icmallar, analitik materiallar, reseptlər, əyləncəli kontentlər, spesifik sahələrə aid tövsiyələr və təkliflər tapmaq mümkündür.
Və, əlbəttə ki, müasir interneti onsuz təsəvvür etmək çətin olan milyonlarla pişik videosu da YouTube-un ayrılmaz hissəsidir. Maraqlıdır ki, YouTube-da yayımlanan ilk video pişiklər haqqında deyil, fillər haqqında idi və 24 aprel 2005-ci ildə paylaşılmışdı. "Me at the zoo" ("Mən zooparkdayam") adlı bu videonu jawed ləqəbli istifadəçi yükləmişdi. Qeyd etmək lazımdır ki, bu tarixi videonun 348 milyon baxış sayı və təxminən 10.4 milyon şərhi var.
Mənbə: YouTube
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Android 16 istifadəçiləri telefon fırıldaqçılığından qoruyacaq
Google, Android üçün yeni təhlükəsizlik funksiyası üzərində çalışır. Google şirkətinin Android üçün nəzərdə tutulmuş yeni təhlükəsizlik funksiyası telefon zəngləri zamanı bəzi həssas parametrlərin dəyişdirilməsini bloklayacaq.

Proqram Təminatı
Google Gemini, ChatGPT-nin funksiyalarından birini əldə edib
Google, süni zəka köməkçisi Gemini üçün yeni bir funksiyanı təqdim edib. Bu funksiya əvvəlki söhbətləri yadda saxlamağa və cavablarda həmin kontekstdən istifadə etməyə imkan verir.

Sosial Media
YouTube-da süni zəka vasitəsilə Shorts videoların yaradılması funksiyası istifadəyə verilib
YouTube platformasında süni zəka əsaslı yeni funksiya istifadəyə verilib. Bu funksiya istifadəçilərin Shorts formatında yayımlaya biləcəkləri qısa videoların yaradılması üçün nəzərdə tutulub.

Proqram Təminatı
Google Play aşağı keyfiyyətli tətbiqlər barəsində xəbərdarlıq etməyə başlayıb
Android cihazlarının sahibləri Google Play Market-də tətbiqlər axtararkən, digər istifadəçilərin reytinqləri və rəyləri, ümumi yüklənmə sayı və digər göstəricilər məhsulun keyfiyyətini müəyyən etməyə kömək edir.

Proqram Təminatı
Google I/O 2025 konfransının nə zaman keçiriləcəyi rəsmi şəkildə açıqlanıb
Google illik I/O konfransına həsr olunmuş rəsmi promo materiallarını yayımlayıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
