Logo
    main-post-cover

    YouTube Premium ABŞ-də bahalaşdı

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, YouTube istifadəçiləri üçün abunə qiymətlərini yenidən artırır. ABŞ-də tətbiq olunan yeni qiymətlər artıq yeni istifadəçilər üçün qüvvəyə minib və mərhələli şəkildə mövcud abunəçilərə də tətbiq olunmağa başlayıb.
    A new milestone for YouTube Music and Premium
        Yeni tariflərə əsasən, fərdi planın aylıq qiyməti 13.99 dollardan 15.99 dollara yüksəlib. Ailə planı isə daha ciddi artımla 22.99 dollardan 26.99 dollara çatıb. Reklamların böyük hissəsini aradan qaldıran, lakin YouTube Music daxil olmayan Premium Lite planı da 7.99 dollardan 8.99 dollara qaldırılıb. Şirkət istifadəçilərə göndərdiyi rəsmi bildirişdə bu qərarın xidmətin inkişafı və platformada fəaliyyət göstərən yaradıcıların dəstəklənməsi üçün vacib olduğunu bildirib. Mövcud abunəçilər üçün yeni qiymətlər ilk dəfə 7 iyun 2026 tarixindən etibarən ödənişlərdə əks olunacaq.
        Qeyd edək ki, bu artım son aylarda rəqəmsal platformalarda müşahidə olunan ümumi qiymət artımı trendinin bir hissəsidir. Belə ki, Netflix və Amazon Prime Video də yaxın zamanda abunə qiymətlərini artırmışdı. YouTube Premium isə ABŞ-də sonuncu dəfə 2023-cü ildə qiymət dəyişikliyi etmişdi, lakin bir çox digər ölkələrdə artım 2024-cü ilin sonlarında tətbiq olunmuşdu.
    Paylaş