Youtube qeyri-normativ leksikaya görə kontent yaradıcılarını sərt şəkildə cəzalandırmaqdan imtina edib

Youtube qeyri-normativ leksikaya görə kontent yaradıcılarını sərt şəkildə cəzalandırmaqdan imtina edib

Sosial Media
10.03.2023 PAYLAŞIM

    2022-ci ilin noyabr ayından başlayaraq Youtube özlərində qeyri-normativ leksikanı birləşdirən videolara qarşı mənfi hal kimi davranmağa başladı. Belə ki, bu cür videoların müəllifləri öz reklam verənlərinin yarısını itirdilər və hətta onlardan bəziləri üçün reklam elanlarının yerləşdirilməsi qadağan edildi. Lakin indi Youtube öz videolarında qeyri-normativ leksikadan istifadə edən kontent yaradıcıları üçün təyin edilmiş sərt qaydaları bir qədər yumşaldıb. Sərt qaydaların yumşaldılmasından öncə kontent yaradıcısı Youtube üzərindən gələn gəlirlərdən bir neçə halda məhrum ola bilərdi.

    Videonun ilk 7 saniyəsində qeyri-normativ leksikanın istifadəsi, bütün video ərzində qeyri-normativ leksikadan istifadə və fon musiqisində qeyri-normtiv sözlərin istifadəsi. Youtube-un yeni qərarı bu cür sərt qaydaları bir qədər yumşaldıb. Belə ki, bundan sonra videonun ilk 7 saniyəsində qeyri-normativ leksikanın istifadəsi halında kontent yaradıcısı sadəcə bəzi monetizasiya məhdudiyyətləri ilə qarşılaşa bilər. Lakin əgər qeyri-normativ leksika bütün video ərzində səsləndirilirsə də, bu, kontent yaradıcısının reklam gəlirlərinə heç bir təsir göstərməyəcək. Eyni qaydalar həmçinin videodakı fon musiqilərini də əhatə edir. Bununla belə kontent yaradıcısının videonun başlığında və ya preview hissəsində qeyri-normativ leksikadan istifadə etdiyi halda o öz gəlirlərindən məhrum ola bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Fransız nazirlər öz fərdi cihazlarından TikTok-u silməli olacaqlar

Dünən məlum oldu ki, Böyük Britaniya hökuməti məmurlara TikTok sosial şəbəkəsinin xidməti cihazlarda..


Meta şirkəti Facebook ilə Instagram-da NFT-lərin dəstəyi ideyasından imtina edib..

Meta şirkəti Facebook ilə Instagram-da NFT-lərin dəstəklənməsi ideyasından imtina edib.


Whatsapp-da çoxdan gözlənilən funksiya istifadəyə veriləcək

Whatsapp dünyanın ən məşhur messenceri olsa da, öz funksionallığı baxımından o, digər messencerlərdə..


Meta Facebook və Instagram-da qısa Reels videolarının müəlliflərinə ödəniş etməy..

Facebook və Instagram üçün qısa videoların hazırlanmsı ilə məşğul olan kontent yaradıcıları yaxın za..


Meta şirkəti mərkəzləşdirilməmiş Twitter analoqunu istifadəyə verə bilər..

Reuters saytının verdiyi məlumata əsasən Meta şirkəti mətn formatında paylaşmlar etməyə imkan verəcə..


Telegram yeni funksiyalar əldə edib

Telegram üçün növbəti böyük yenilənmə istifadəyə verilib.

×