Reklam
Youtube qısa videolar üçün olan Shorts bölməsində reklam elanlarının testinə başlayıb

Youtube qısa videolar üçün olan Shorts bölməsində reklam elanlarının testinə başlayıb

Sosial Media
28.04.2022 PAYLAŞIM

    Məşhur Youtube videoservisi qısa videolar üçün olan Shorts bölməsində reklam elanlarının testinə start verib. Qeyd etmək lazımdır ki, Youtube daxilində Shorts bölməsi 2020-ci ildə istifadəyə verilmişdi və bu bölmə uğurlu şəkildə TikTok Instagram ilə rəqabət aparır. Youtube təmsilçilərinin sözlərinə əsasən videoservis Shorts-dakı videoların monetizasiya üsullarını test edir. Belə ki, son zamanlarda Youtube-un istifadəçi kütləsində artım müşahidə edilir və ümumilikdə istifadəçilər tərəfindən videoservisdə keçirilən zaman göstəricisi də artıb. Google məlumatlarına əsasən hal hazırda Youtube Shorts-un payına gündəlik 30 milyard baxış düşür. Bu göstərici isə keçən ilkindən 4 dəfə yüksəkdir.

    Videoservisin reklamlardan əldə etdiyi gəlir bu ilin birinci rübündə 6.86 milyard dollara yüksəlib. Bununla belə ekspertlər daha çox yüksəliş gözləyirdilər. Qeyd etmək lazımdır ki, vaxtı ikən Youtube qısa videoların yaradıcıları üçün 100 milyon dollar büdəyə sahib xüsusi fond yaratmışdı. Bu üsul ilə Youtube TikTok kimi servislərin kontent yaradıcılarını və izləyicilərini özünə tərəf çəkməyə çalışır. Keçən ilin avqust ayında isə videoservis elan etmişdi ki, o, məşhur videoların yaradıcılarına ayda 10.000$ vəsait ödəyəcək. Həmin vaxtda bu cür tədbirlər kontent yaradıcıları üçün monetizasiyanın alternativ variantı kimi düşünülürdü. Videoservis özü və kontent yaradıcıları üçün digər monetizasiya üsullarını tapmayınca bu cür tədbirlərin davam edəcəyi planlaşdırılırdı. Youtube Shorts-da kontent yaradıcıları üçün monetizasiya planları fevral ayında da müzakirə edilirdi.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istif..

Instagram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında Yoti a..


Meta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları isti..

Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət kontent yaradıcıları üçün olan monetizas..


Aylıq ödənişli Telegram premium istifadəyə verilib

Telegram messenceri öz servisində Premium abunəliyin istifadəyə verildiyini elan edib. Bu barədə məl..


Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib

Uzun müddət idi ki, internetdə Telegram Premium barəsində məlumatlar ortaya çıxırdı.


Telegram Premium-un istifadəçilər üçün olacaq bütün üstünlükləri məlum olub..

Telegram-da ödənişli funksiyaların istifadəyə veriləcəyi barəsində məlumatlar artıq uzun müddətdir k..


Whatsapp-da göndərilmiş mesajların redaktə edilməsi funksiyası hazırlanır..

Bəzən istifadəçilər mətnli mesajları tez göndərdikləri səbəbilə onların tərkiblərinə lazımi diqqəti ..

×