Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün video izləmə imkanını deaktiv etməyə başlayıb

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün video izləmə imkanını deaktiv etməyə başlayıb

Sosial Media
11.05.2023 PAYLAŞIM

    İstifadəçilər artıq uzun müddətdir ki, brauzerlər üçün nəzərdə tutulmuş əlavələr vasitəsilə videolardakı reklam elanları ilə mübarizə aparırlar. Lakin görünür, Youtube servisini bu cür vəziyyət heç də qane etmir. Reddit istifadəçilərindən birinin verdiyi məlumata əsasən videoservis onun üçün kontent izləmə imkanını bloklayıb. Belə ki, istifadəçi reklam bloklayıcısından istifadə edirmiş. Google təmsilçiləri artıq təsdiqləyiblər ki, söhbət, hansısa texniki problemdən getmir. Sözügedən hal ilə qarşılaşmış Reddit istifadəçisi ona Youtube tərəfindən təqdim edilmiş bildirişin screenshot fotosunu paylaşıb.


    Həmin fotoda “Youtube-da reklam bloklayıcıları qadağandır” cümləsi əks olunub. Bununla yanaşı bildirişdə qeyd edilib ki, reklam elanları sayəsində Youtube milyardlarla insan üçün pulsuz şəkildə fəaliyyət göstərir. Reklam elanlarından qurtulmaq üçün istifadəçiyə Youtube Premium abunəliyini əldə etmək təklifi edilib. Youtube təmsilçiləri bildiriblər ki, sözügedən bildiriş hal hazırda şirkət tərəfindən aparılan bir təcrübədir. Həmin təcrübədə videoservisin məhdud sayda istifadəçisi iştirak edir. Buna görə də sözügedən bildiriş hələ hamıda əks olunmur. Youtube təmsilçiləri bu praktikanın daha iri miqyasda genişlənib-genişlənməyəcəyi barəsində heç bir məlumat verməyiblər.



DAHA ÇOX


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.


Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləc..

Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar...


TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə tə..

TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın ..

×