Logo
    main-post-cover

    YouTube reklam bloklayıcıları ilə yeni mübarizə üsuluna əl atıb

    Sosial Media
    29.05.2024
    Emil
         Reklam bloklayıcılarından istifadə edən YouTube istifadəçiləri aşkar ediblər ki, məşhur video platformadan reklam bloklayıcısının aktiv olduğu halda istifadəsi zamanı videolar avtomatik olaraq sonlanırlar. Yəni istifadəçi videonu izləmək istədiyi zaman video avtomatik şəkildə sona keçid edir. Qeyd etmək lazımdır ki, YouTube-un reklam bloklayıcıları ilə aktiv mübarizəsi son bir neçə aydır ki, davam edir. Keçən ildən başlayaraq bu video platforma istifadəçilərə reklam bloklayıcılarının deaktiv edilməsinin vacibliyini xatırlatmağa başladı. Bunu etməyən istifadəçilər isə video izləmə mövzusunda müəyyən çətinliklərlə qarşılaşmağa başladılar.
         İndi isə video platforma belə fərqli üsula əl atıb. Beləliklə məlum olub ki, hər hansısa reklam bloklayıcısının aktiv olduğu halda YouTube-da video başlayan kimi də sonlanır. Videonun yenidən işə salınması cəhdində eyni hal yaşanır. İstifadəçi videonun hər hansısa hissəsinə keçid etmək istəyən zaman isə sonsuz yüklənmə xətası ilə qarşılaşır. Digər tərəfdən bu, YouTube platformasının bilərəkdən atdığı addım olmaya və məsələnin əslində reklam bloklayıcısındakı sistem xətası ilə bağlı ola bilər. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə AdBlock-da olmuş sistem xətası YouTube serverlərinin yüklənməsinə və bir qayda olaraq videoların daha ləng yüklənməsinə səbəb olmuşdu.
    Paylaş