Youtube servisi adi istifadəçilər üçün rəy yazmaq qaydalarını sərtləşdirdi

Youtube servisi adi istifadəçilər üçün rəy yazmaq qaydalarını sərtləşdirdi

Sosial Media
12.12.2019 PAYLAŞIM

    Youtube videoservisi istifadəçilərin videoservisdən istifadə qaydalarını yenidən sərtləşdirib. Belə ki, sərtləşdirilmiş yeni qaydalar təkcə kontent müəlliflərini deyil həmçinin videoservisdə olan videolara rəylər yazan adi istifadəçiləri də əhatə edəcək. Youtube servisinin yenilənmiş siyasətinə əsasən hansısa istifadəçinin kanalının və ya istifadəçi hesabının bloklanmasını digər istifadəçinin ünvanına yazılan təhdidlərdən əlavə olaraq istifadəçiyə heç də zərərli görünməyən qadağan edilmiş sözlərə işarə edilməsi zamanı da əldə etmək olar. Bu barədə Wccftech saytı xəbər verib.

    Videoservisdə reallaşdırılmış birinci böyük yenilənmə Youtube kanalları sahibləri üçün rəylərin avtomatik moderasiyası olub. Beləliklə təhdidləri, təhqirləri və təcavüzləri özündə birləşdirən rəylər avtomatik olaraq bloklanacaqlar. Bu qayda həmçinin kontent müəlliflərini də əhatə edəcək. Belə ki, onlara diskriminasiya və təhqir tərkibli kontentlərin hazırlanması qadağandır. Platformanın yeni qaydalarının pozulması halında istifadəçinin kanalı müəyyən müddətlik bloklanacaq və vəsait qazanma özəlliyindən məhrum ediləcək.


    Sərtləşdirilmiş yeni qaydalar həmçinin internet trollinqi də əhatə edəcək. Belə ki, hansısa kanal müəllifinin mütəmadi izlənməsi və Youtube-da yersiz rəylərin yazılması istifadəçi hesabının bloklanmasına gətirib çıxardacaq. Maraqlısı ondadır ki, Youtube servisi “potensial yersiz rəy” altında nəyi nəzərdə tutması barəsində məlumat vermir. Artıq bu ilin sonuna kimi kanal müəllifləri potensial yersiz rəylərin təyin edilməsi və gizlədilməsi üçün nəzərdə tutulmuş virtual alətlər əldə edəcəklər. İstəyə uyğun olaraq kanal sahibi bu funksiyanı deaktiv edə bilər. Bu üsul ilə Youtube servisi kontent müəlliflərini yersiz rəylərdən qorumaq istəyir. Lakin bir çoxları artıq servisi azad sözün deyilməsinin qarşısını almaq üzrə ittiham ediblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta ..


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..


Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən ..


Clubhouse-un Android versiyasının nə zaman istifadəyə veriləcəyi məlum olub..

Məşhur Clubhouse sosial şəbəkəsinin həmtəsisçisi Paul Davison bildirib ki, tətbiqin Android versiyas..

×