
YouTube servisinin çoxdan gözlənilən funksiyası Android üçün gəldi
Sosial Media
27.03.2018
Emil
Bundan sonra Android istifadəçiləri
YouTube-da kvadrat və şaquli videoları tam ekranda izləyə biləcəklər. Bir qayda
olaraq Google tətbiqləri üçün olan yenilənmələr ilk öncə Android əməliyyat
sisteminə gəlir. Lakin bu heç də həmişə belə olmur. Keçən il YouTube servisinin
iOS versiyası üçün maraqlı yenilənmə gəlmişdi. Həmin yenilənmə sayəsində tətbiq
istifadəçi tərəfindən izlənən videonun formasına avtomatik adaptasiya olurdu. İndi isə Google şirkəti bildirib ki, tətbiqin kvadrat və şaquli videolara
avtomatik adaptasiya funksiyası artıq Android istifadəçiləri üçün də aktivdir.
Artıq YouTube tətbiqi sizin izlədiyiniz bu cür videoları tam ekranda əks etdirir və bu
zaman ortaya çıxan qara zolaqları aradan qaldırır. Bu, iOS-dən sonra Android-də
də işə salınan çoxdan gözlənilən bir yenilikdir. Həmçinin şirkət bildirib ki,
YouTube servisinin mobil versiyası üçün qara tema özəlliyi yaxın zamanda aktivləşdiriləcək.
Qeyd etmək lazımdır ki, iOS əməliyyat sistemi üçün YouTube servisinin qara
teması hələ 2 həftə bundan öncə istifadəyə verilmişdi. Lakin şirkət bildirmişdi ki, eyni funksiyanın Android üçün aktivləşdirilməsi bir qədər zaman alacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
