YouTube servisinin rəqibi gəlir.  Facebook , Watch adlı videoservisi təqdim etdi (VİDEO)

YouTube servisinin rəqibi gəlir. Facebook , Watch adlı videoservisi təqdim etdi (VİDEO)

Sosial Media
10.08.2017 PAYLAŞIM

“Facebook” şirkəti özünün sosial şəbəkəsi üçün eksklüziv olacaq serial və verilişlərin izlənməsi imkanını verəcək Watch adlı servisini təqdim etdi.


Bugündən etibarən sözügedən servis, ABŞ-ın bir sıra vətəndaşları üçün aktiv olacaq. Lakin bir müddətdən sonra o daha çox insan üçün təqdim olunacaq. Watch servisini, iOS, Android platformalı smartfonlar, veb və xüsusi televizor tətbiqi vasitəsilə izləmək olacaq. İstifadəçilər bu vservis vasitəsilə serialları və verilişləri izləyə, həmçinin ən çox müzakirə olunan, ən gülməli və s. kimi kateqoriyalarda müxtəlif videolar axtara biləcəklər. Şirkətin bildirdiyinə görə yeni servis həm yeni kontent sevən istifadəçilər üçün, həmdə onun vasitəsilə yeni auditoriya axtaran, yeni pərəstişkarlar birliyi yaradaraq pul qazanmaq istəyən insanlar üçün də yaradılıb. Güman olunur ki, uğurlu olacağı halda bu servis, sosial şəbəkənin əsas gəlir mənbələrindən biri ola bilər. Bununla yanaşı o, YouTube, Netflix Amazon kimi servislərlə də rəqabət apara bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi t..


Telegram-ın premium istifadəçiləri üçün təqdim ediləcək imkanlar barəsində yeni ..

Bir neçə müddət bundan öncə Telegram-da premium abunəliyin istifadəyə veriləcəyi barəsində məlumat o..


Whatsapp-da mesajlara emojilər vasitəsilə reaksiya bildirmək imkanı hamı üçün is..

Məlum olub ki, Whatsapp-da daxil olan mesajlar emojilər vasitəsilə reaksiya bildirmək imkanı artıq h..


Zəif smartfonlar üçün olan Youtube Go-nun fəaliyyəti dayandırılacaq

Google şirkətinin fəliyyətini dayandırmış servislər siyahısına yaxın zamanda yenisi daxil ediləcək...


Instagram-da TikTok-dakı kimi tam ekran ölçülü paylaşımlar göstəriləcək..

Instagram-ın ana səhifəsində reallaşdırılacaq yenilik paylaşımların TikTok-dakı kimi görünməsinə imk..


Telegram-da premium abunəlik: Premium istifadəçilər hansı üstünlüklərə sahib ola..

Telegram-ın yaradıcısı Pavel Durov messencerin monetizasiyası üçün əlavə üsulların axtarışını davam ..

×