YouTube servisinin video məsləhət sistemi yeniləndi

YouTube servisinin video məsləhət sistemi yeniləndi

Sosyal Medya
27.06.2019 PAYLAŞIM

    YouTube servisi video məsləhəti sistemini yenilədi və həmin məsləhətlərdən müəyyən kanalların kontentlərinin çıxarılmasını mümkün etdi. Bu barədə Rusbase saytı xəbər verib. Bundan sonra YouTube servisinin əsas səhifəsində istifadəçi tərəfindən daha öncədən baxılmış videolara uyğun olan video məsləhətləri əks olunacaq. Mövzu adına klik edəndən sonra həmin mövzuya aid olacaq videolar ortaya çıxacaq. Həmin funksiya həmçinin növbəti videolar bölməsinə də aid ediləcək.

    YouTube həmçinin müəyyən kanalların kontentlərinin məsləhətini bloklamaq imkanını da verəcək. Bunun üçün sadəcə olaraq istifadəçiyə maraqlı olmayan hansısa videodakı 3 nöqtə ikonuna klik edərək lazımi seçimi etmək kifayət edəcək. Bununla belə servis bu cür üsulla seçilmiş kanalı istifadəçi üçün tam bloklamayacaq. Həmin kanalı istifadəçi axtarış vasitəsilə tapa biləcək.

    Bununla yanaşı YouTube bu və ya digər kanalın kontentini nəyə görə izləmək lazım olduğu barədə qısa açıqlama da verəcək. Həmin açıqlama hissəsi videonun altındakı xüsusi pəncərədə əks olunacaq. Video məsləhəti sisteminin yenilənməsinin bu 3 elementi artıq qismən Android iOS əməliyyat sistemlərində istifadəyə verilib və yaxın zamanda YouTube-un veb versiyası üçün də aktiv hala gələcək.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell-in 'Kabinetim' mobil tətbiqi yeniləndi!

Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkən..


Instagram'a istifadəçi hesablarının kateqoriyaları funksiyası əlavə ediləcək..

Instagram sosial şəbəkəsi abunəçilərin rahat şəkildə idarə olunması üçün müəyyən kateqoriyalar üzrə ..


'NASA Space Apps Azerbaijan' hakatonunun qalibləri müəyyən oldu

18 oktyabr 2019-cu il tarixindən start götürən “NASA Space Apps Azerbaijan” hakatonunun final mərhəl..


Lazım olan anda 189 TAXI sizinlədir – VİDEO

“Sizə lazım olan anda” – Azərbaycanda ilk taksi xidməti olan 189 TAXI-nin yeni şüarıdır...


'Uşaq Qaynar Xətt' xidməti artıq qısa nömrədə

Psixi Sağlamlıq gününə həsr olunan konfransda Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətini..


Instagram fərdi məlumatların üçüncü tərəfə ötürülməsini idarə etməyə imkan verəc..

Instagram-a fərdi məlumatların üçüncü tərəfə ötürülməsini izləmək funksiyası əlavə ediləcək...