Logo
    main-post-cover

    YouTube Shorts-a Google Veo 3 video generatoru əlavə ediləcək

    Sosial Media
    19.06.2025
    Emil
         YouTube-un baş direktoru Neal Mohan bildirib ki, süni zəka əsaslı ən yeni video generasiya modeli olan Google Veo 3 bu yay Shorts adlı qısa şaquli videolar bölməsinə əlavə olunacaq. Mohan həmçinin qeyd edib ki, hazırda qısa videoların orta gündəlik baxış sayı 200 milyardı keçib. Shorts yaradıcıları artıq əvvəlki nəsil Google Veo 2 modelindən istifadə edərək Dream Screen aləti vasitəsilə dinamik fon şəkilləri yarada bilirlər.
         Mohan, Veo 3 modelinin Shorts platformasında hansı konkret imkanlar təqdim edəcəyini dəqiqləşdirməyib, lakin video keyfiyyətinin yaxşılaşdırılması və səs yolunun yaradılması imkanı barədə məlumat verib. Hələlik bəlli deyil ki, Shorts yaradıcıları Veo 3-dən istifadə üçün ödəniş etməli olacaqlarmı. Hazırda Veo 3 ilə video yaratmaq üçün Google-un AI Pro və ya AI Ultra adlı ödənişli tarif planlarından birinə abunə olmaq tələb olunur. Süni zəka əsaslı video generatorlarının getdikcə daha geniş yayılması isə hamı tərəfindən müsbət qarşılanmır. The Verge nəşrinin jurnalisti Allison Johnson öz növbəsində Google Veo 3 video generatorunu “zibil satıcısının arzusu” adlandırıb.
    Paylaş