Logo
    main-post-cover

    YouTube Shorts-a süni zəka vasitəsilə dinamik fon görüntülərinin tərtibatı funksiyası əlavə edilib

    Sosial Media
    23.11.2024
    Emil
         YouTube administrasiyası elan edib ki, videoservisin Shorts bölməsində Dream Screen adlı funksiyanın yenilənmiş versiyası istifadəyə verilib. Bu, Shorts videolar üçün süni zəka vasitəsilə dinamik fon təsvirlərinin tərtibatı funksiyasıdır. Daha öncə sözügedən funksiya fon qismində dinamik təsvirlər deyil, statik fotolar tərtib etməyə imkan verirdi. Dream Screen funksiyasının yeni imkanı Google DeepMind Veo adlı süni zəka modelinin inteqrasiyası sayəsində mümkün olub. Bu, videoların tərtibatına istiqamətlənmiş süni zəka modelidir.
         O, 1080p keyfiyyətində videoların tərtib edilməsi imkanını verir. Yenilənmiş funksiyadan istifadə etmək üçün Shorts kamerasına daxil olmaq və yaşıl ekran işarəsini seçərək Dream Screen bəndini seçmək lazımdır. Daha sonra istifadəçi Shorts videoda istifadə etmək istədiyi dinamik fon görüntüsünü mətn formatında təsvirlər vasitəsilə daxil etməlidir. Bunu edəndən sonra isə animasiya tərzini seçmək və fon görüntüsünün tərtibatı prosesini süni zəkaya həvalə etmək lazımdır. Dream Screen öz növbəsində fon görüntüsünü bir neçə variantda tərtib edəcək və istifadəçi onlardan birini seçməli olacaq.
    Paylaş