Youtube Shorts-a yeni reklam formatı əlavə edilib

Youtube Shorts-a yeni reklam formatı əlavə edilib

Sosial Media
02.05.2023 PAYLAŞIM

    Keçirilmiş Youtube Newfront adlı tədbir çərçivəsində videoservisin Shorts bölməsinə inteqrasiya edilmiş yeni reklam formatları elan edilib. Bundan sonra istifadəçilər daha öncə Youtube-un özündə olmuş, lakin Shorts-u əhatə etməmiş reklam kampaniyalarını Shorts-da işə sala biləcəklər. Qeyd etmək lazımdır ki, Youtube-un özündə olan reklam kampaniyalarında neyron şəbəkələrindən istifadə edilir. Youtube-da sərgilənən 5 saniyəlik və ya ötürülməsi mümkün olmayan reklamlar məhz neyron şəbəkələri vasitəsilə daha çox istifadəçi kütləsini əhatə edirlər.

    Bundan sonra isə reklamçılar şaquli formatda olan 60 saniyəlik reklamları həmçinin Shorts videolarına da yerləşdirə biləcəklər. Daha öncə reklamçılar Shorts videolarına reklamları yalnız Video Action App Install kampaniyaları vasitəsilə yerləşdirə bilirdilər. Youtube-da reallaşdırılmış yeni reklam formatının birinci partnyorlarından biri də Paramount+ streaming servisi olub. Sözügedən streaming servisi öz filmlərindən birini təkcə Youtube-un əsas hissəsində deyil, həmçinin canlı yayımlarda və Shorts videolarında reklam edib. Youtube-un fikrincə bu cür format reklam elanının effektivliyini yüksəldir və onun istifadəçilərin yaddaşlarında daha yaxşı şəkildə qalmasına imkan verir. Hal hazırda Youtube Shorts aylıq 1.5 milyard izləyici kütləsinə sahibdir.




DAHA ÇOX


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.


Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləc..

Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar...


TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə tə..

TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın ..

×