
YouTube, Shorts-larda süni intellekt xülasəsi funksiyasını sınaqdan keçirir!
Sosial Media
14.06.2024
Aslan
YouTube, Shorts-a müxtəlif yeniliklər gətirməkdə davam edir. Hazırda mobil versiyada olması gözlənilən süni intellekt xülasəsi funksiyası artıq sınaqdan keçirilməyə başlanılıb.
Yeni funksiya, yaradıcıların şərh xülasələrindən istifadə edərək video ilə bağlı şərh müzakirələrinə daxil olmağına və ya izləyicilərin müzakirə apardığı mövzulara görə yeni məzmunlar yaratmaqlarına kömək edəcək. Yaradıcılar həmçinin müəyyən mövzu altında görünən fərdi şərhləri silmək imkanına da malikdirlər. YouTube-a görə, süni intellekt tərəfindən yaradılan "Mövzular", yalnız dərc edilmiş şərhlərdən götürülür və nəzərdən keçirilmək üçün saxlanılan, bloklanmış sözləri ehtiva edən və ya bloklanmış istifadəçilərdən gələn şərhlərdən yaradıla bilməz.

Həftə sonu elan edilən xüsusiyyət, YouTube mobil proqramında az sayda Shorts üçün və az sayda izləyici üçün əlçatandır. Bu o deməkdir ki, süni intellekt xülasəsinə çıxışınız olsa belə, siz bütün Shorts-larda yeni funksiyanı görə bilməyəcəksiniz. Test prosesinin nə vaxt başa çatacağı isə hələlik məlum deyil.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
