
Youtube Shorts videoların monetizasiyası imkanını işə salmağa hazırlaşır
Sosial Media
10.01.2023
Emil
Youtube platformasında Shorts adlı qısa videoların müəllifləri 1 fevral tarixindən başlayaraq yaratdıqları kontentləri monetizasiya etməyə başlayaraq platformanın partnyorluq proqramında iştirak edə biləcəklər. Bu imkan Youtube-un daha geniş şəkildə yenilənmiş partnyorluq proqramının bir hissəsi olacaq. Platformanın yenilənmiş partnyorluq proqramı çərçivəsində onun bütün iştirakçıları Shorts videolar vasitəsilə gəlir əldə etməyi planlaşdırıb-planlaşdırmamalarından asılı olmayaraq videoservisin yeni qaydalarını qəbul etməli olacaqlar. Daha əvvəllər Youtube-un partnyorluq proqramında iştirak etməyin əsas tələblərindən biri o idi ki, istifadəçilərin videoları son 12 ay ərzində 4000 saatdan az baxış vaxtına sahib olmamaladırlar.
Keçən ilin oktyabr ayından başlayaraq isə Shorts videoları da ümumi baxış zamanının hesablanmasında istifadə edilməyə başladı. İndi isə videoservisin partnyorluq proqramının bu tələbi artıq aktual deyil. Belə ki, partnyorluq proqramında iştirak etmək istəyən istifadəçilər ya adi videolar vasitəsilə 4000 saat baxış zamanı, ya da 90 gün ərzində Shorts videoların ümumilikdə 10 milyon baxışını yığmalıdırlar. Bundan əlavə olaraq istifadəçilər minimum 1000 nəfər abunəçiyə sahib olmalıdırlar. Qeyd etmək lazımdır ki, Shorts videoların müəllifləri müxtəlif üsullar vasitəsilə öz videolarından gəlir əldə edə bilirdilər. İndi isə Shorts videoların müəllifləri illərlə adi videolar vasitəsilə gəlir əldə edən istifadəçilərin istifadə etdikləri monetizasiya üsuluna sahib olacaqlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
