
YouTube Shorts videolarının gündəlik baxış sayı 200 milyardı keçib
Sosial Media
20.06.2025
Emil
YouTube yeni bir həddi aşdı. Baş direktor Neal Mohan-ın sözlərinə görə, YouTube Shorts platformasında qısa videoların orta gündəlik baxış sayı artıq 200 milyarda çatıb. O bu barədə “2025 Cannes Lions International Festival of Creativity”də çıxışı zamanı danışıb. Bu rəqəm çoxdur, yoxsa az? Keçən illə müqayisədə gündəlik auditoriya təxminən 186% artıb. Halbuki 2024-cü ilin mart ayında YouTube bildirmişdi ki, Shorts videoları gündə orta hesabla 70 milyard dəfə izlənilir. Qeyd edək ki, qısametrajlı videolar YouTube platformasında ilk dəfə 2021-ci ildə istifadəyə verilib.

Mohan həmçinin bildirib ki, hər gün izləyicilər televizorlarında YouTube platformasından 1 milyard saatdan çox kontent izləyirlər. Bu rəqəm heyrətamizdir, lakin təəccüblü deyil, çünki may ayında YouTube ardıcıl dördüncü ay olmaqla Nielsen-in The Gauge hesabatında birinci yeri tutub. Bu isə o deməkdir ki, YouTube bütün digər streaming platformaları və kanallar arasında ən çox izlənilən olub. Həmin ay ərzində ümumi televiziya baxışlarının 12.5%-i YouTube-un payına düşüb. Bu da The Gauge tərəfindən hesabatda qeyd olunan bütün platforma və kanallar arasında ən böyük tamaşaçı payıdır.
Paylaş
Ən çox oxunanlar

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
