Logo
    main-post-cover

    YouTube streaming bazarında liderliyini qorumağa davam edir

         2025-ci ilin ikinci rübündə YouTube onlayn reklam bazarındakı liderliyini bir daha təsdiqləyib. Şirkət reklam gəlirinin 9.8 milyard dollara çatdığını açıqlayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% artım deməkdir. Bu nəticə analitiklərin 9.6 milyard dollarlıq proqnozunu üstələyib və son illərdə Google-un video platforması üçün ən güclü rüblərdən biri olub. YouTube-un artan gəliri reklam formatlarının genişləndirilməsi və streaming seqmentində üstünlüyünün davam etməsi ilə bağlı uğurlu strategiyanın nəticəsidir. Nielsen-in məlumatına görə, YouTube təkcə televizor ekranlarında istifadəçilərin video izləməyə sərf etdikləri ümumi vaxtın artıq 12.4%-ni təşkil edir.
         Bu arada digər streaming platformaları - o cümlədən Netflix, Max, Prime Video Apple TV+ - reklam yerləşdirmə strategiyalarını gücləndirərək rəqabəti artırıblar. Bununla belə, YouTube video reklamların yerləşdirilməsi üçün hələ də ən rahat və kütləvi platforma olaraq qalır. Reklamverənlər rəqəmsal formatlara ayırdıqları büdcələri artırmaqda davam edirlər. Bu, xüsusilə ənənəvi televiziya marağının azalması və mobil kontent istehlakının artması fonunda daha da aktuallaşıb. Bu şəraitdə YouTube-un uğuru təkcə platformanın miqyası ilə deyil, həm də istifadəçi vərdişlərinə tez uyğunlaşma bacarığı ilə izah olunur.
         Ümumilikdə, YouTube-un sahibi olan Alphabet holdinqi də güclü artım nümayiş etdirib: şirkətin rüblük gəliri 96.4 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Bu göstəricilər reklam bazarının sabit şəkildə bərpa olunduğunu və Google ekosisteminin - YouTube-la yanaşı axtarış reklamı, bulud xidmətləri və süni intellekt məhsullarını əhatə edən - effektiv monetizasiya olunduğunu göstərir. YouTube-un maliyyə uğurları bir daha təsdiqləyir ki, video platformalar klassik televiziya üzərindəki payı tədricən ələ keçirir və brendlərlə auditoriya arasında əsas ünsiyyət kanalı kimi mövqelərini möhkəmləndirirlər.
    Paylaş