YouTube təhlükəli challenge və prunk videoların yüklənməsini qadağan edir

YouTube təhlükəli challenge və prunk videoların yüklənməsini qadağan edir

Sosial Media
16.01.2019 PAYLAŞIM

    Viral yayılan challenge videoları maraqlı görünsə də eyni zamanda təhlükəli olurlar. Məsələn keçən ilki Tide Pod Challenge adlı flashmob çərçivəsində gənclər ilk baxışdan yemək üçün diqqət çəkən paltaryuma vasitəsi kapsullarını yeyirdilər. 2019-cu ilin əvvəlində isə son zamanlar məşhurlaşmış Bird Box filmi üzrə challenge videoları yayılmağa başladı. Bu isə öz növbəsində insanların həyatlarının təhlükə altına atılmasına gətirib çıxardı.

    Belə ki, ABŞ-ın Yuta ştatında 17 yaşlı qız Bird Box Challenge flashmobu çərçivəsində gözləri bağlı şəkildə avtomobil sükanı arxasına oturdu və avtomobili idarə etməyə başladı. Nəticədə qızın idarə etdiyi avtomobil qarşıdan gələn avtomobillərin xəttinə çıxaraq bir avtomobil ilə toqquşdu və daha sonra yoldakı dirəyə dəydi. YouTube administrasiyası isə bu cür aksiyaları dəstəkləmir və öz videoservisində bu cür təhlükəli kontentlərin yayılmasını qadağan edir. Bu barədə Gagadget.ru saytı xəbər verib.

Bənzər xəbər


    Beləliklə videoservisin yenilənmiş qaydalarına əsasən videoservisin istifadəçiləri özlərinin və ya digərlərinin həyatlarını təhlükə altına atacaq ciddi tapşırıqların yerinə yetirlməsi videolarını videoservisə yükləyə bilməyəcəklər. Bura həmçinin Kiki Challenge adlı flashmob da daxildir. Qeyd etmək lazımdır ki, bu flashmob çərçivəsində insanlar hərəkətdə olan avtomobildən enərək müğənni Drake-in In My Feelings mahnısının sədaları altında rəqs etməyə başlayırlar.

    Hətta öncədən qurma videolarda da insanlar bəzən öz həyatlarını təhlükə altına atmağı bacarırlar. Riskli challenge videolardan əlavə olaraq YouTube həmçinin uşaq auditoriyasını şoka sala biləcək prunk videoların yayılmasını da qadağan edib. Videoservisdə həmçinin o zarafat xarakterli videolar bloklanacaq hansılarda ki, zarafatların qurbanları olmuş insanlar öz həyatlarının təhlükə altına atılmalarından əmindirlər. Belə ki, kiminsə evinə daxil olmaq və ya qanqster filmlərdəki kimi avtomobildən silah ilə atəş açmaq zarafatlarını heç də hamı müsbət qarşılamır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Clubhouse sosial şəbəkəsi öz platformasında audioşou yaradacaq ilk 50 layihəni maliyyələşdirəcək...


Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Twitter öz tətbiqinin Android və iOS versiyasının daxilində Spaces adlı servisi istifadəyə verib...


Facebook xüsusi bildiriş vasitəsilə iOS istifadəçilərinə təsir göstərməyə çalışı..

iOS platformasında Facebook və Instagram istifadəçiləri iOS 14.5 yenilənməsindən sonra Facebook-un k..


Telegram-a yaxın zamanda qrup videozəngləri funksiyası əlavə ediləcək

Yaxın zamanda Telegram-da nəhayət ki, qrup videozəngləri funksiyası istifadəyə veriləcək.


Telegram-da yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün yenilənmə təqdim ediblər və həmin yenilənmə bir sıra vacib ye..


Whatsapp-ın səsli mesajlar özəlliyinə yeni funksiya əlavə ediləcək

Whatsapp tərtibatçıları səsli mesajlardan daha çox istifadə edənlər üçün messencerdə yeni funksiyanı..

×