main-post-cover

    Youtube üçün yeni maraqlı funksiya hazırlanır

    Sosial Media
    07.07.2023
    Farid Pardashunas
        Youtube tərtibatçıları videoservis üçün yeni maraqlı funksiya üzərində çalışırlar. Hazırlanan yeni funksiya izləyicilərin bu və ya digər videoda əks olunan mövzunu nə dərəcədə yaxşı başa düşdüklərini yoxlamağa imkan verəcək. Süni zəka tərəfindən tərtib olunan test məqsədli sorğular Youtube-un mobil tətbiqində test edilir.
        “Əgər siz bu təcrübədə iştirak edirsinizsə, deməli süni zəka tərəfindən tərtib edilən test məqsədli sorğuları mobil tətbiqin ana səhifəsində görə bilərsiniz. Tərtib edilən testlər sizin sonuncu dəfə izlədiyiniz bu və ya digər videoda əks olunmuş mövzunu nə dərəcədə yaxşı başa düşdüyünüzü yoxlayacaqlar. Əgər siz, sorğudan keçmək qərarına gəlsəz, sorğunun alt hissəsində izlənilmiş videonun linki yerləşdiriləcək. Bunun sayəsində siz videoya geri qayıda və onda əks olunan mövzu barəsində əlavə məlumat əldə edə bilərsiniz” - deyə Youtube-un bəyanatında qeyd edilib. Məlumata əsasən bu təcrübə Youtube-un istifadəçi kütləsinin kiçik bir hissəsini əhatə edir və videoservisin həm Android həm də iOS üçün nəzərdə tutulmuş mobil tətbiqində aktivdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər