main-post-cover

    YouTube-un yeni Hype xüsusiyyəti ilə kiçik kanallar ön plana çıxacaq!

    Sosial Media
    19.09.2024
    Farid Pardashunas

         YouTube, Hype adlı yeni funksiya ilə kiçik kanalları ön plana çıxarmaq və insanlara yeni məzmun yaradıcıları kəşf etmək imkanını verməyi hədəfləyir. 

         İstifadəçilər, "Hype" düyməsini basmaqla bəyəndikləri və ön plana çıxmasını istədikləri videonu platformada liderlər lövhəsinə köçürə bilərlər. Yeni funksiya Trending videolara bənzəyir, lakin diqqəti istifadəçilərin ən çox baxdığı videolara yönəltmək əvəzinə, daha kiçik kanallara və insanların tövsiyə etməyi seçdiyi videolara yönəldir. Test mərhələsində olan bu xüsusiyyət, 500 mindən az abunəçisi olan bəzi məzmun yaradıcıları üçün artıq aktivləşdirilib.
         YouTube-un məhsul idarəetmə direktoru Bangaly Kaba, bir YouTube kanalının 500 min abunəçiyə çatdıqda işlərin dəyişdiyini və həm böyümə, həm də gəlir baxımından əhəmiyyətli bir dönüm nöqtəsi olduğunu qeyd edir. Kaba, böyük kanalların daha çox izlənmə meylində olduğunu, izlənildikcə daha çox təklif edildiyini və nəticədə daha çox izlənərək bir dövrə girdiyini vurğulayır. Buna görə də, Hype xüsusiyyətinin bu dövrəni qırmaq üçün faydalı olduğunu bildirir. Bundan əlavə, o, kanalların fanat bazasına sevdikləri insanların və kanalların uğur qazanması üçün bir yol təklif etdiklərini bildirir. Kaba həmçinin bildirir ki, istifadəçilər başqa cür kəşf etməyəcəkləri və ya YouTube-un başqa cür təklif etməyəcəyi şeyləri kəşf etmək istəyirlər və bu funksiya da istifadəçiləri bu istəklərinə çatdıracaq.
         Bundan başqa, kanalların pərəstişkarlarına sevdikləri şəxs və kanalların uğur qazanması üçün bir yol təqdim etdiyini vurğulayır. Kaba, istifadəçilərin başqa cür kəşf edə bilməyəcəkləri və ya YouTube-un təklif edə bilməyəcəyi şeyləri tapmaq istədiklərini, bu xüsusiyyətin onların bu arzusunu təmin edəcəyini bildirir. YouTube, hər ölkəyə xas olaraq yaradılacaq Hype liderlik cədvəlini zamanla hər bir istifadəçi üçün fərdiləşdirməyi planlaşdırır. Kaba, Hype-ın ənənəvi YouTube alqoritminə təsir etməyəcəyini deyir, lakin Hype bölməsində tezliklə daha çox filtr və mövzuya aid liderlik cədvəllərinin ola biləcəyini, həmçinin Hype-lanan videoların təkliflər axınında yeni bir bölmədə göstərilməyə başlanacağını qeyd edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Araşdırmala görə, YouTube və TV səsilə yatmaq əslində sağlamlığa zərər vermirmiş!
    arasdirmala-gore-youtube-ve-tv-sesile-yatmaq-eslinde-saglamliga-zerer-vermirmis
    YouTube-un smart televizorlar üçün olan versiyasında yeni növ reklam elanları sərgilənir
    youtube-un-smart-televizorlar-ucun-olan-versiyasinda-yeni-nov-reklam-elanlari-sergilenir
    YouTube-dan videoya baxaraq cərrahiyyə əməliyyatı keçirən həkim, 15 yaşlı uşağın ölümünə səbəb olub!
    youtube-dan-videoya-baxaraq-cerrahiyye-emeliyyati-keciren-hekim-15-yasli-usagin-olumune-sebeb-olub
    YouTube-dan yeni funksiya: Valideynlər uşaqlarının fəaliyyətinə nəzarət edə biləcəklər!
    youtube-dan-yeni-funksiya-valideynler-usaqlarinin-fealiyyetine-nezaret-ede-bilecekler
    Google-un yeni süni intellekti, oğurlanmış YouTube hesablarını bərpa etməyə kömək edəcək!
    google-un-yeni-suni-intellekti-ogurlanmis-youtube-hesablarini-berpa-etmeye-komek-edecek