main-post-cover

    YouTube uşaqlara targetinq reklamları göstərməyəcək

    Sosial Media
    22.08.2019
    Emil Nəcəfov
        YouTube videoservisi uşaqlar üçün nəzərdə tutulmuş videolarda targeting reklamların göstərilməsinin aradan qaldırılmasını planlaşdırır. Bu üsul ilə videoservis ABŞ-ın federal ticarət komissiyasının (FTC) YouTube vdeoservisinin uşaqların internetdəki konfidensiallıqları qanununu pozması üzrə şübhələrini aradan qaldırmaq istəyir. Bu barədə Bloomberg saytı xəbər verib. 2018-ci ildə istifadəçilərdən ibarət qrup YouTube servisini FTC-ya şikayət etmişdi. Onların fikrincə videoervis yetkinlik yaşına çatmamış insanlar barəsində məlumat yığaraq onlara targetinq reklamları göstərir.
        İstifadəçilər tələb edirdilər ki, şirkət bütün uşaq videolarını YouTube Kids tətbiqinə keçirtsin. Orda isə targetinq reklamı yoxdur. Bu ilin iyul ayında The Wall Street Journal saytı bildirmişdi ki, şirkət bütün uşaq videolarının YouTube Kids tətbiqinə keçirtmək planını nəzərdən keçirdir. Məlumata əsasən YouTube FTC ilə razılıq əldə edib və həmin razılığıa əsasən o, milyonlarla dollar dəyəri olan cəriməni ödəyəcək və bir sıra şərtləri yerinə yetirəcək.
        Söhbətin hansı şərtlərdən getdiyi və targetinq reklamların uşaq videolarında əks olunmasının dayandırılmasının həmin şərtlərə daxil olub-olmadığı barəsində məlumat yoxdur. YouTube servisi öz reklam gəlirləri barəsində məlumat vermir. Lakin Loup Ventures adlı analitik şirkətin məlumatlarına əsasən servis hər il uşaqlar üçün nəzərdə tutulmuş videolar sayəsində 500-700 milyon dollar gəlir əldə edir. Targetinq reklamlardan imtina nəticəsində isə servisin illik gəliri 50 milyon dollar aşağı olacaq.
    Linki kopyala