Logo
    main-post-cover

    Youtube video müəlliflərə videolar üçün 3 ekran fotosu yükləmək imkanını verəcək (VİDEO)

        Youtube administrasiyası videoların müəlliflərinə videolar üçün uğurlu ekran fotolarının (thumbnail) seçilməsi prosesini sadələşdirmək qərarına gəlib. Test & compare adlı təcrübi funksiya videoların müəlliflərinə bir video üçün 3 ədəd ekran fotosunun yüklənməsi imkanını verir. Müəlliflər isə yüklənmiş 3 fotodan hansının videoda daha uğurlu görünəcəyini təyin edə bilərlər.
        Hal hazırda bu yeni funksiyanın testində çoxlu sayda kontent yaradıcısı iştirak edir. Funksiyanın gələn il hamı üçün istifadəyə veriləcəyi planlaşdırılır. Youtube administrasiyasının sözlərinə əsasən bu funksiya Youtube istifadəçiləri arasında ən çox tələb edilən funksiyalardan biri hesab edilir. Belə ki, bu və ya digər videoda olan ekran fotosu izləyicilərin cəlb edilməsində ciddi rol oynayır. Bu səbəbdən də video üçün ekran fotosunun maksimal dərəcədə uğurlu olması imkanları təqdim edilməlidir.
    Paylaş
    Bənzər xəbərlər