YouTube videokontent yüklənməsi qaydalarında dəyişiklik edir

10.06.2019 0 PAYLAŞIM 581 OXUNMA

    Məşhur YouTube videoservisi öz platformasında kontentlərin yerləşdirilməsi siyasətində olacaq dəyişikliklərdən danışıb. Bu barədə The Verge saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə yenilənmiş qaydalara əsasən müxtəlif istifadəçilərə məxsus olan kanallar və videolar silinmə təhlükəsi və baxış sayları baxımından müəyyən məhdudlaşdırma altında qalacaqlar. YouTube-a kontent yüklənməsi qaylarında olacaq yeni dəyişikliklər ilk öncə ekstremizm və diskriminasiya (yaşa, cinsə, irqə, seksual orientasiyaya və dini baxışlara görə diskriminasiyalar) propaqandasını aparan bütün videolara şamil olunacaqlar.

    Videoservisin qaydalarını açıq-aşkar pozacaq kontentlər isə sadəcə olaraq silinəcəklər və onların kanalları bloklanacaq. Qadağa qaydalarına aid edilməyən mübahisəli videolar isə təqdim olunacaqları kateqoriyalarda istifadəçilərə baxılması üçün məsələhət görülməsi üzrə məhdudlaşdırılacaqlar. Bu cür video növlərinə qomeopatiya, yastı Yer kürəsi nəzəriyyəsi və s. kimi propaqanda aparan videolar şamil olunacaqlar.

    Videoservisin yeni siyasəti həmçinin müəyyən vaxtlarda yeni qaydalar barəsində danışacaq və onları müzakirə edəcək istifadəçilərin virtual portmanatlarına da təsir göstərəcək. Həmin kanallar reklam göstərə və Super Chat funksiyasından istifadə edə bilməyəcəklər. Qeyd etmək lazımdır ki, Super Chat vasitəsilə adi istifadəçilər kontent müəlliflərinə əlavəçat özəlliklərinə görə ödənişlər edirlər. Bu sanksiyaların hansı videobloqqerlərə və kanallara tətbiq ediləcəyi barəsində heç bir məlumat verilməyib. Lakin məlum olan odur ki, YouTube videoservisinin yeni qaydaları artıq yaxın günlərdə qüvvəyə minəcək.