
YouTube, videoların ən uyğunsuz anlarında reklamlar sərgiləməyəcək
Sosial Media
26.02.2025
Emil
Google-a məxsus YouTube platforması 12 may tarixindən etibarən videoların ən uyğunsuz anlarında reklam elanlarının sərgilənməsini azaldacağını elan edib. İdeal halda, reklam çarxları videodakı danışanın cümləsini və ya videodakı ardıcıl hərəkətləri bölməməlidir. Yeni avtomatlaşdırılmış alqoritmlər reklamların videoda daha təbii fasilələrdə yerləşdirilməsini təmin edəcəklər. 24 fevral tarixinə qədər YouTube-a yüklənmiş videolar bu prinsiplərə uyğun optimallaşdırılacaq.

Bundan əlavə YouTube Studio vasitəsilə video yükləyən müəlliflər avtomatik reklam fasilələrindən imtina edə biləcəklər. Lakin 12 maydan etibarən, fərdi şəkildə reklam fasilələri təyin edilən videolar daha az reklam gəliri əldə edəcəklər. YouTube administrasiyası bu barədə müəllifləri öncədən xəbərdar edib. YouTube, müəllifləri avtomatik reklam fasilələrindən istifadə etməyə inandırmaq üçün yeni tövsiyə funksiyasını təqdim edəcək. Bu funksiya hər bir video üçün ən uyğun reklam fasiləsi yerlərini təklif edəcək.

Əgər müəllif razılaşarsa, reklam yerləşdirilməsini tamamilə avtomatik alqoritmlərə həvalə edə bilər. YouTube bildirib ki, avtomatik reklam yerləşdirməyə güvənən və tamamilə fərdi şəkildə reklam paylanmasından imtina etməyən müəlliflər, tamamilə fərdi şəkildə reklam idarə edənlərə nisbətən orta hesabla 5% daha çox reklam gəliri əldə edirlər. Bundan əlavə, YouTube administrasiyası hesab edir ki, ani və uyğunsuz reklam fasilələrinin azaldılması tamaşaçıların diqqətini daha yaxşı qorumağa kömək edəcək.
Mənbə: Google
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
