Logo
    main-post-cover

    Youtube videoların süni zəka əsaslı dublyaj funksiyasını bu ay istifadəyə verəcək

    Sosial Media
    12.02.2025
    Emil
         Bu gün YouTube-un baş direktoru Neal Mohan süni zəkanı 2025-ci il üçün şirkətin dörd əsas strateji istiqamətindən biri adlandırıb. O, süni zəkaya yatırılan investisiyaların məzmun yaradıcıları üçün yeni alətlərə yönəldiyini vurğulayıb. Bu alətlər aşağıdakılar üçün istifadə ediləcək:
    - İdeyaların yaradılması
    - Video üçün başlıq fotosunun (thumbnail) hazırlanması
    - Sinxron tərcümə və avtomatik dublyaj.
         YouTube-un süni zəka dəstəkli avtomatik dublyaj funksiyası artıq bu ay kontent yaradıcıları üçün əlçatan olacaq. Bundan əlavə, süni zəka istifadəçilərin yaşını müəyyən edərək onlara uyğun kontent təklif edəcək. Maraqlı məqam odur ki, süni zəka eyni zamanda YouTube blogerlərini süni zəkanın təsirlərindən qorumaq üçün də istifadə ediləcək. Mohan bildirib ki, bu ay YouTube-un partnyor proqramında iştirak edən bütün kontent yaradıcıları üçün avtomatik dublyaj funksiyası istifadəyə veriləcək. Bu yeni funksiya videonun bir neçə dilə sinxron tərcüməsini asanlaşdıracaq və kontent yaradıcılarının qlobal auditoriyaya çıxışlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
         YouTube süni zəkanı yalnız kontent yaratmaq üçün deyil, həm də süni zəkanın istifadəsinə nəzarət etmək üçün tətbiq edəcək. Bu çərçivədə Creative Artists Agency (CAA) ilə əməkdaşlıq proqramı əhəmiyyətli dərəcədə genişləndiriləcək. Bu proqramın məqsədi rəssamlar, aktyorlar, musiqiçilər və idmançılar da daxil olmaqla, yaradıcı peşə sahiblərini, onların görünüş və səslərinin süni zəka vasitəsilə icazəsiz şəkildə surətinin çıxarılmasından qorumaqdır. CAA, YouTube-un mövcud Content ID sisteminin imkanlarını genişləndirəcək, beləliklə süni zəka vasitəsilə yaradılmış saxta obrazları və səsləri müəyyən edə biləcək. Neal Mohan əlavə edib ki, bu il YouTube, süni zəkanın machine learning texnologiyalarından istifadə edərək istifadəçilərin yaşını qiymətləndirməyə başlayacaq.
         Bu, istifadəçilərə onların yaşına uyğun konten tövsiyə etməyə imkan verəcək. Lakin o bu yeni texnologiyanın yaşı necə müəyyən edəcəyini açıqlamayıb və süni zəkanın mümkün səhvləri barədə suala toxunmayıb. Son 1 il ərzində YouTube bir sıra süni zəka funksiyalarını istifadəyə verib. Bu texnologiyalar şəkillərin yaradılması, videolar üçün fonların hazırlanması və qısa videolar üçün səs effektlərinin generasiyasını əhatə edir. Lakin süni zəkanın birbaşa video yaradılma prosesinə daxil edilməsi mübahisələrə səbəb olub. Bu prosesin əleyhdarları hesab edirlər ki, süni zəkanın yaratdığı keyfiyyətsiz kontent YouTube platformasını bürüyəcək və orijinal müəllif işlərini sıxışdıracaq.
    Mənbə: Techcrunch
    Paylaş