main-post-cover

    YouTube videolarına istifadəçilər tərəfindən faydalı qeydlərin əlavə edilməsi mümkün olacaq

    Sosial Media
    20.06.2024
    Emil Nəcəfov
         Dünyanın ən məşhur videoservisi olan YouTube, Notes adlı yeni funksiyanı test etdiyini elan edib. Bu funksiya istifadəçilərə, videolara faydalı qeydlərin yerləşdirilməsi imkanını verəcək. Adi şərhlərdən fərqli olaraq qeydlər videonun adı ilə kanalın adı arasındakı hissədə yerləşəcəklər. Notes funksiyasının əsas məqsədi izləyiciləri əlavə məlumatlarla təmin etməkdir. Həmin məlumatlar sayəsində istifadəçilər bu və ya digər videodakı kontenti daha yaxşı anlaya və müəyyən faktları yoxlaya biləcəklər. Bu funksiya ilk növbədə təhsil və xəbərlərlə bağlı videolar üçün daha faydalı olacaq.
         Belə ki, belə videolarda məlumatların doğruluğu vacib rol oynayır. Notes funksiyası həmçinin istifadəçinin hər hansısa video ilə daha sıx şəkildə qarşılıqlı əlaqəsini təmin edə bilər. Hal-hazırda YouTube anonim qeydləri tərtib edəcək məhdud sayda istifadəçini bu funksiyanın testinə dəvət edir. Məlumata əsasən videolar üçün olacaq istifadəçi qeydləri özlərində müəyyən müddət ərzində görünəcək tag-ları və linkləri də birləşdirəcəklər. Notes funksiyasının yaxın həftələr və ya aylar ərzində YouTube videoservisinin ilk növbədə ABŞ-dakı istifadəçiləri üçün istifadəyə veriləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    YouTube, Shorts-larda süni intellekt xülasəsi funksiyasını sınaqdan keçirir!
    youtube-shorts-larda-suni-intellekt-xulasesi-funksiyasini-sinaqdan-kecirir
    Google Lens funksiyası YouTube videoservisinə inteqrasiya edilib
    google-lens-funksiyasi-youtube-videoservisine-inteqrasiya-edilib
    YouTube, silahlı videolara "18 yaş məhdudiyyəti" qoyur!
    youtube-silahli-videolara-18-yas-mehdudiyyeti-qoyur
    Youtube, öz oyun xidmətini bütün istifadəçiləri üçün açıq elan edib!
    youtube-oz-oyun-xidmetini-butun-istifadecileri-ucun-aciq-elan-edib
    YouTube reklam bloklayıcıları ilə yeni mübarizə üsuluna əl atıb
    youtube-reklam-bloklayicilarinin-istifadecileri-ile-yeni-mubarize-usuluna-el-atib