main-post-cover

    Youtube videolarını brauzer üzərindən kompüterə yükləmək mümkün olacaq

    Sosial Media
    22.09.2021
    Farid Pardashunas
        Youtube brauzer üzərindən kompüterə videoların yüklənməsi funksiyası üzərində çalışır. Söhbət, video formatında faylın tam yüklənməsindən getmir. Bu funksiya Youtube-un mobil tətbiqində mövcud olan yükləmə funksiyasının eynisidir. Brauzer vasitəsilə kompüter üçün yüklənəcək videolara yalnız brauzerdə baxmaq mümkün olacaq. Bu yeni funkiyanın testində hələ ki, bəzi Youtube Premium istifadəçiləri iştirak edə bilərlər. Videonun yüklənməsi funksiyasının aktiv olduğu halda istifadəçi bu və ya digər videonun aşağı hissəsində yükləmə düyməsini aşkar edəcək.
        Həmin düyməyə klik edəndən sonra video Youtube-un Downloads bölməsinə yüklənəcək. İstifadəçi isə öz növbəsində videoservisin menyusunda əks olunacaq həmin Downloads bölməsinə daxil olaraq yüklənmiş videoya baxa biləcək.Təəssüflər olsun  ki, videoları tam şəkildə yükləyib onları brauzerdən kənarda izləmək imkanı yoxdur. Google bildirib ki, bu funksiyanın testi Google Chrome, Microsoft Edge Opera brauzerlərinin son versiyalarında aktivdir. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, bu yeni funksiyanın test mərhələsində o, bəzi nasazlıqlarla çalışa bilər. Bu funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər