main-post-cover

    Yubiley NETTY2019 İnternet-Mükafatı 
iştiraka dəvət edir

    Sosial Media
    17.04.2019
    Farid Pardashunas
    NETTY2019 Azərbaycanın Milli İnternet-mükafatının keçirilməsi başlandı.
    2019-cu ildə 15-illiyini qeyd edən, NETTY mükafatı hər il ən yaxşı Azərbaycan İT-layihələrini, əhəmiyyətli veb-resursları və informasiya texnologiyaları sahəsində qabaqcıl xadimləri aşkar edir və mükafatlandırır.
    Müsabiqə iştirakçılarının ərizə qəbulu 2019-cu ilin 17 aprelindən 24 mayadək www.netty.az saytında davam edəcək. 24 maydan 31 mayadək mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi başlayır.
    01 iyunda nominantlar sırasından qaliblərin müəyyən edilməsi üçün NETTY Akademiyası səsverməyə başlayacaq.

    NETTY2019-un qalibləri rəsmi olaraq təntənəli mükafatlandırma mərasimində elan edilirlər. Müsabiqənin əsas mükafatı olan NETTY heykəlciyi qaliblərə təqdim edilir. Mərasimə mükafatın bütün nominantları dəvət olunur.
    Veb-saytlar, proqramlar, sosial şəbəkələrin səhifələri, və onlayn-video-layihələr mükafatın namizədləri ola bilərlər. Ərizələrin qeydiyyatı ödənişlidir.
    "Virtual münsiflər heyəti" internet-istifadəçilərdən formalaşdırılır. Sosial şəbəkələrin köməyi ilə və həmçinin mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü olmaqla müsabiqə nominantlarının seçməsində iştirak edə bilərlər. Virtual münsiflər heyəti müsabiqə iştirakçılarının ümumi sayından "Virtual münsiflər heyətinin seçimi" nominasiyası üzrə üç nominantı seçir.

    Müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılan "Ekspert şurası" dizayn, proqramlaşma, marketinq, jurnalistika və digər sahələrdə mütəxəssis olan şəxslər tərəfindən təmsil olunur. Ekspert şurası hər nominasiya üzrə üç nominant seçir.
    "NETTY akademiyası" Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarda fəaliyyət göstərən nüfuzlu şəxsiyyətlərlə təmsil edilir. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edir. Müsabiqə çərçivəsində
    2019-cu ildə aşağıdakı nominasiyalar üzrə qaliblər elan olunacaq:
    1. Dövlət
    2. İqtisadiyyat və Biznes
    3. Təhsil və Elm
    4. Mədəniyyət və Yaradıcılıq
    5. İnformasiya və Xəbərlər
    6. Elektron Xidmətlər və Ticarət
    7. İdman və Sağlamlıq
    8. Cəmiyyət və Ailə
    9. Turizm və İstirahət
    10. Azərbaycan
    11. "Ilin Mobil proqramı" nominasiyası
    12. "Virtual münsiflər heyətinin seçimi" nominasiyası
    13. Ən yaxşı onlayn-video-layihə
    14. Sosial şəbəkələrdə ən yaxşı səhifə
    15. "İlin İT-Hadisəsi" nominasiyası
    16. "Azərbaycanda İT-nin inkişafının zənginləşdirilməsinə görə" nominasiya.
    Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

    Mükafatın baş partnyoru – NAR.
    Qızıl partnyor – AZCLOUD.
    Gümüşü partnyor – FOMINOV Consulting.
    BakuTel sərgisi, SmartHost şirkəti, Golden Pay şirkəti, Renley.az veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər.
    Layihənin informasiya partnyorları: Infocity.az, Technote.az, Oxu.az, Media.az, DeJure.az saytları, CBC və ITV telekanalları.
    NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
    Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər