Zəif smartfonlar üçün olan Youtube Go-nun fəaliyyəti dayandırılacaq

Zəif smartfonlar üçün olan Youtube Go-nun fəaliyyəti dayandırılacaq

Sosial Media
05.05.2022 PAYLAŞIM

    Google şirkətinin fəliyyətini dayandırmış servislər siyahısına yaxın zamanda yenisi daxil ediləcək. Belə ki, şirkət zəif smartfonların və məhdud internet imkanlarına sahib ölkələrin istifadəçiləri üçün nəzərdə tutulmuş Youtube Go tətbiqinin dəstəyinin dayandırılacağını elan edib. Qeyd etmək lazımdır ki, Youtube-un sözügedən versiyası 6 il bundan öncə təqdim edilib və Go seriyasının digər servisləri kimi daha az sistem resurslarından və internet trafikdən istifadə edir. Youtube Go-nun əsas üstünlüklərindən biri də odur ki, videoları offline rejimdə izləmək üçün onları yükləmək mümkündür.

    Google şirkətinin rəsmi bəyanatına əsasən Youtube Go-ya sadəcə olaraq artıq ehtiyac qalmayıb. Belə ki, son illər ərzində şirkət əsas Youtube tətbiqini elə şəkildə optimizasiya edib ki, o hətta büdcəli smartfonlarda və zəif internet bağlantısı rejimində çalışa bilir. Bundan əlavə olaraq əsas Youtube tətbiqi üçün yeni funksiyalar hazırlanır və həmin funksiyalar smartfon yaddaşına qənaət edilməsi imkanını verəcəklər. Bu özəllik isə Youtube Go istifadəçiləri üçün çox vacibdir. Qeyd etmək lazımdır ki, Youtube Go-nun 500 milyondan çox yüklənmə sayı var. Sözügedən tətbiq bu ilin avqust ayında bağlanacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram özünün Sans adlı eksklüziv şriftini yaradıb

Instagram öz brendinin böyük yenilənməsini anons edib.


Bir neçə aydan sonra Whatsapp-ın bəzi köhnə iPhone modellərində dəstəyi dayandır..

Bir neçə aydan sonra iOS 10 və iOS 11 vasitəsilə çalışan bəzi köhnə iPhone modellərində Whatsapp-ın ..


Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks e..

Bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur.


Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi t..


Telegram-ın premium istifadəçiləri üçün təqdim ediləcək imkanlar barəsində yeni ..

Bir neçə müddət bundan öncə Telegram-da premium abunəliyin istifadəyə veriləcəyi barəsində məlumat o..

×