10.000$-a ölümsüzlük təklif edən startap

10.000$-a ölümsüzlük təklif edən startap

Startup və Biznes
15.03.2018 PAYLAŞIM

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları tərəfindən təsis edilmiş Nectome adlı startap şüurun yüzillərlə saxlanılmasını təklif edib.

    Bunun üçün beyni “dondurmaq” lazımdır. Həmdə bunu insan sağ olarkən etmək lazımdır. Bu barədə The Guardian saytı xəbər verib. Sözügedən startap maraqlı texnologiya hazırlayıb. Həmin texnologiya vasitəsilə beyni bir növ şüşəyə çevirmək olar. Tədqiqatçılar ümid edirlər ki, alimlər əldə olunmuş beyin neyronlarının surətini rəqəmsallaşdıra və artıq bu yüzillikdə insan şüurunu yarada biləcəklər. Qeyd etmək lazımdır ki, bu xidmətin qiyməti 10.000$ təşkil edir.

    Startap artıq hüquqşünaslar ilə məsləhətləşib və hesab edir ki, onun təcrübələri evtanaziyanın aparılmasının icazə verildiyi ştatlarda qanuni olacaq. Gələcək müştərilər siyahısında gözləyənlərin siyahısında artıq 25 nəfər var. Onların arasında həmçinin Y Combinator akselerasiya mərkəzinin yaradıcılarından biri Sam Altman-ın da adı yer alır. O ümid edir ki, onun beyni bulud servisə yüklənəcək. Qeyd etmək lazımdır ki, Nectome dovşan beyninin saxlanmasına görə artıq Brain Preservation Foundation mükafatını əldə edib. Hal-hazırda startap böyük ölçülü beyinlərin də eyni prosesdən keçirilməsi üzərində çalışır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Cənubi Koreya hökuməti Google şirkətini 177 milyon dollar dəyərində cərimələyib..

Cənubi Koreya hökuməti böyük texnoloji şirkətlər barəsində ciddi tədbirlər görməkdə davam edir...


Apple şirkəti məhkəməyə verilib və ondan 200 milyard dollar təzminat tələb olunu..

Nyu-Cersi ştatından olan Primary Productions adlı şirkət Apple-a qarşı kollektiv məhkəmə iddiası qal..


Xiaomi elektromobil istehsalı ilə məşğul olacaq şirkətini rəsmi qeydiyyatdan keç..

Smartfonlarla yanaşı digər elektron cihazların istehsalı ilə məşhur olan Xiaomi şirkəti elektromobil..


Google və Apple ödəniş sistemlərinin tətbiqlərə məcburi inteqrasiyaları Cənubi K..

Cənubi Koreya Google və Apple kimi böyük şirkətlər ilə bağlı yeni qanun layihəsi qəbul edib. ..


Joe Biden administrasiyası Huawei-yə qarşı təyin edilmiş sanksiyaları yumşaltmağ..

Joe Biden artıq yarım ildən bir qədər çoxdur ki, ABŞ hökumətinin rəhbəri vəzifəsində çalışır. Lakin ..

×