
18 Fevralda WoWoman-ın 3 yaşına həsr olunmuş tədbir baş tutdu
Startup və Biznes
20.02.2018
Emil
18 fevral tarixində
Pullman Hotel-də WoWoman Azerbaijan platformasının 3 yaşına həsr olunmuş tədbir
baş tutmuşdur.
Tədbirə həm dövlət, həm də özəl olmaqla müxtəlif
sahələrin nümayəndələri, fikir liderləri, medya və platforma üzvləri ilə birgə
400-dən çox qonaq təşrif buyurmuşdur. Tədbirin Gold sponsoru AzerTurk
Bankdır.
WoWoman – qadınların inkişafı və ilhamlanması
üçün yaradılmış platformadır. 3 illik böyük əməyin bəhrəsi olaraq platforma
200-dən çox tədbir və təlimlər təşkil etmiş, icma üzvləri üçün 40-dan çox
maarifləndirici proqram və layihə hazırlamışdır. Hazırda WoWoman
Azerbaijan qrupunda 20.000-dən çox üzv
var.

Fəaliyyətinə sıfırdan başlamış təşkilat qısa
müddət ərzində böyük inkişaf səviyyəsinə çatmaq, Google və Microsoft kimi şirkətlərlə
əməkdaşlıq etmək, habelə Qırğızıstan və Pakistanda nümayəndəlik təsis etməyə
müvəffəq olmuşdur. Bundan əlavə, WoWoman Stanford, MIT, Harvard, Almaniyada
keçirilmiş TEDx, Estoniyada keçirilmiş Latitude59 və Ukraynada keçirilmiş Impact Hub kimi tədbirlərdə dünya arenasında
təqdim olunmuşdur.

«Bütün bunların xarici investisiya olmadan, cəmiyyətimiz
üçün faydalı və lazımlı işlər görəməyə böyük həvəsi olan könüllülərdən ibarət
komanda səyəsində ərsəyə gəldiyinə çoxları inanmır. Bu ildən etibarən həm Azərbaycanda,
həm də ölkə hüdudlarından kənarda inkişaf etmək üçün sponsor və tərəfdaşlarla
birgə aktiv fəaliyyətə başlayacayıq”, - deyə WoWoman Azerbaijan platformasının
təsisçisi Zara Hüseynova bildirmişdir.

Ötən il əsas diqqət onlayn maarifləndirməyə yönəlmişdi.
Bu il isə təşkilatın daha qlobal planları var – iddialı WoWoman komandası IT,
dizayn, rəqəmsal marketinq, PR, HR və satış, sahibkarlıq kimi sahələrə aid
layihələrə, həmçinin iştirakçılarını yeni imkanlarla sevindirməyə
fokuslanmışdır. İlin ən yaxşı layihəsi adına layiq görülmüş “WoWoman in Me”
layihəsinin 2-ci dəfə keçirilməsi, həmçinin Azərbaycanda qadınların səs vermə
hüqunun 100 illiyinə həsr olunmuş marafon planlaşdırılır. Tədbir zamanı həmçinin
ilin ən yaxşı təlimçisi, tərəfdaşı və komandasının mükafatlandırma mərasimi baş
tutmuşdur.

«Bu il başlatdığımız əsas işlərdən biri də
üzvlərimizə il ərzində tədbirlərimizdə üstünlüklərdən, həmçinin bizim və tərəfdaşlarımızın
təqdim etdiyi endirmlərdən yararlanmaq imkanı verən və hər kəsin səbirsizliklə
gözlədiyi üzvlük sistemidir», - deyə Zara bildirmişdir. Mart ayının 1-nə kimi
kartı endirimlə öncədən sifariş etmək və üstünlükləri haqda məlumatı buradan http://wowoman.org/membership əldə etmək mümkündür:

WoWoman xarici şirkət və mütəxsəssislərlə əməkdaşlıq
edərək və sözün əsil mənasında beynəlxalq komanda yaradaraq qlobal müstəvidə
inkişaf etməyə davam edir. «Bu il Şərqi Avropa, Yaxın Şərqin bir neçə şəhərləri və
hətta Asiyaya belə çatmaq istəyirik. Komandanın üzvü olduğum üçün və Azərbaycan
brendini bütün dünyaya tanıtdığım üçün qürur hiss duyuram», - deyə WoWoman
platformasının səlahiyyətli PR elçisi olacaq ukraynalı PR ekspert Marina
Skripnik bildirmişdir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
